Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Sumqayıt şəhərində “Zərərli dini cərəyanlar və onların mahiyyəti” mövzusunda tədbir keçirilib


Mayın 18-də Sumqayıt şəhərində “Zərərli dini cərəyanlar və onların mahiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə 28 nömrəli tam orta məktəbin direktoru Mehdi Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Məktəb direktoru Mehdi Ağayev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, bugün cəmiyyəti narahat edən məsələlərdən biri də gənclər arasında yalnış dini düşüncələrin təbliği, dini ifratçılıq və radikalizmdir. Natiq, həmçinin gəncləri zərərli dini təsirlərdən qorumaq məqsədi ilə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin və gənclərin dini fundamentalizmin mahiyyəti və fəsadları barədə məlumatlandırılmasının vacibliyindən danışıb.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov isə İslam və qeyri–İslam təmayüllü zərərli dini cərəyanlar, onların təbliğat üsulları barədə məruzə ilə çıxış edib. O bildirib ki, gənclərimiz savadlı, elmli, yüksək əxlaqi keyfiyyətlərə malik olmalı, cəmiyyətimizin milli və dini vəhdətini pozmağa çalışan yad dini ideologiyaların təsiri altına düşməməlidirlər.
Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” filmi nümayiş etdirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt