Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Gənc nəsil radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə sayıqlıq göstərməlidir

Mayın 15-16-da Dövlət Sərhəd Xidməti (DSX) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  birgə Tədbirlər Planına uyğun olaraq, Lənkəran və Göytəpə Sərhəd dəstələrinin qarnizonlarında “Qeyri-ənənəvi dini cərəyanlar və onların fəaliyyət metodları”, “Dini ekstremizm və onun təbliğat metodları” mövzularında seminarlar keçirilib.
Seminarlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, DQİDK-nın Lənkəran və Masallı bölgəsi üzrə şöbələrinin müdirləri Qağayı Məmmədov, Miryəhya Bədirov, hərbi hissə komandirinin müavini və şəxsi heyəti iştirak ediblər.
Seminarlarda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verib. N.Məmmədov dini radikalizm, ekstremizm və onun fəsadları haqqında danışaraq, bəzi qüvvələrin radikal dini cərəyanların ölkəmizdə təbliğinə, dövlətimizin dünyəvi xarakterini dəyişmək və sabitliyi pozmaq üçün dini ayrı-seçkilik yaratmaqla insanları müxtəlif təriqətlərə parçalamağa, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibində iştirakına cəlb etməklə cinayət tərkibli əməllər törətməyə cəhd göstərdiyini vurğulayıb.
Hərbi hissə komandirinin müavini, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov məruzələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin tolerantlıq və multikulturalizm nümunəsinə çevrilməsi, müxtəlif dini inanclara məxsus insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşamasına diqqət çəkiblər.
Dini radikalizmin törətdiyi fəsadlar barədə ətraflı fikir mübadiləsi aparılan seminarlarda bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaşlarımızı xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənib. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri haqqında geniş məlumat verilib.
Seminarlarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Gənc nəsil radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə sayıqlıq göstərməlidir

    17 May 2017 17:26