Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Neftçalada “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” adlı tədbir keçirilib

Mayın 17-də Neftçala Rayonu İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Neftçala rayonu 3 saylı tam orta məktəbdə “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Neftçala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, Neftçala rayon Gənclər və İdman idarəsinin rəis müavini Nazim Dadaşov, Neftçala rayonu 3 saylı tam orta məktəbin direktoru Vüqar  Dadaşov, təhsil işçiləri və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Neftçala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev İslamın birlik dini olduğunu, hər zaman uğurun birlikdən gəldiyini vurğulayıb və DQİDK-nın ölkə miqyasında apardığı maarifləndirmənin önəmindən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsindən və bu münasibətlə keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.
Məktəb direktoru Vüqar  Dadaşov və digərləri də müzakirə olunan mövzu ilə bağlı öz fikirlərini bildirərək gənclərə tövsiyələrini veriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Neftçalada “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” adlı tədbir keçirilib

    17 May 2017 16:31