Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İsmayıllıda “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

Mayın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbdə “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, İsmayıllı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, Rayon Polis Şöbəsinin əməkdaşı Elsevər Mazanov, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədri Şahməmməd Soltanov, şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin direktoru Ramil Dadaşov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi dünya müsəlmanlarının bir araya gələrək, qanlı toqquşmalara son qoyması kimi yüksək amallara xidmət edir.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli müsəlman dünyasının tolerantlıq mərkəzi olan Azərbaycanın multikulturalizm və İslam mədəniyyətinə böyük töhfələr verdiyini qeyd edib. Natiq İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək İslam həmrəyliyinin təkcə müsəlman dünyası üçün deyil, eyni zamanda bütün dünya üçün önəminə toxunub.
Daha sonra “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədri Şahməmməd Soltanov, şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin direktoru Ramil Dadaşov çıxış edərək ölkəmizin multikultural dəyərlərə və tolerantlığın təşviqinə verdiyi töhfələrə görə dünyada nümunə kimi qəbul olunmasını diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İsmayıllıda “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

    17 May 2017 16:07