Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Biləsuvarda “İslamda həmrəyliyə və tolerantlığa çağırış” adlı dəyirmi masa təşkil edilib

Mayın 17-də “İslam Həmrəyliyi İli” çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Biləsuvar rayonu 4 saylı tam orta məktəbdə “İslamda həmrəyliyə və tolerantlığa çağırış” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuriyev, məktəb müəllimləri, yuxarı sinif şagirdləri və rayon gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı cari ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən və ölkəmizin İslam dünyasına verdiyi töhfələrdən, keçirilən maarifləndirici tədbirlərin effektivliyindən danışıb.
Daha sonra DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuriyev müasir dövrdə İslam dünyasının daha çox həmrəyliyə və vəhdətə ehtiyacı olduğunu söyləyib, eyni zamanda ölkəmizin bu sahədə müsəlman dünyası ilə əməkdaşlığının perspektivlərindən və ölkə başçısının  İslam dini abidələrinə, din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Biləsuvarda “İslamda həmrəyliyə və tolerantlığa çağırış” adlı dəyirmi masa təşkil edilib

    17 May 2017 15:37