Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri: “Azərbaycanın müsəlman ölkələri arasında xüsusi yeri var”


“Biz Səudiyyə Ərəbistanı Krallığı olaraq Azərbaycan Respublikasının müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi üçün göstərdiyi bütün səyləri yüksək dəyərləndiririk”.Bu fikirləri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin İslam Oyunlarının keçirildiyi ili - 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan etməsi dövlət başçısının bu məsələyə göstərdiyi diqqəti əks etdirir. “İslam Həmrəyliyi Oyunları İslam dininin parlaq simasının izah edilməsi, onun mərhəmət, tolerantlıq və sülh dini olmasının bəyan edilməsi üçün böyük əhəmiyyətə malikdir. Digər tərəfdən, bu Oyunlar müsəlman ölkələri arasında qardaşlıq bağlarının gücləndirilməsində mühüm rol oynayacaq. Oyunlara dünyanın dörd qitəsindən gələn müxtəlif idman məktəblərinin nümayəndələri qatılacaq”-deyə, səfri əlavə edib.
Diplomat onu da vurğulayıb ki, Azərbaycan Respublikasının müsəlman ölkələri arasında xüsusi yeri var: “Bu, özünü istər İslam Əməkdaşlıq Təşkilatı, istərsə də digər böyük beynəlxalq təşkilatlar çərçivəsində İslam dünyasını düşündürən problemlərin həllində göstərdiyi fəal rolda öz əksini tapıb. Azərbaycan əvvəllər İslam Əməkdaşlıq Təşkilatının bir neçə nazirlər toplantısına ev sahibliyi edib, İslam dünyasının problemlərinə həsr olunan beynəlxalq konfranslar keçirib. İslam dünyasına aid problemlərin həllində Azərbaycanın oynadığı fəal rol, heç şübhəsiz, onun bütün müsəlman ölkələri ilə əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayacaq və regionun sabit, inkişaf edən gözəl ölkəsi kimi nüfuzunu daha da artıracaq”. 


Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt