Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Səfir: “İslam həmrəyliyi barədə Prezident İlham Əliyevin təşəbbüsü islam dünyasına ünvanlanmış mesajdir”

İslam həmrəyliyi barədə Prezident İlham Əliyevin təşəbbüsü həm də bütün islam dünyasına ünvanlanmış bir mesaj, müxtəlif aktual məsələlərə dair həmrəyliyə, qarşılıqlı anlaşmaya nail olmağın və vahid mövqedən çıxış etməyin zəruriliyi barədə xatırlatmadır.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi İli” elan edilməsi, heç şübhəsiz, çox əhəmiyyətli addımdır. Bu, dövlət başçısının mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun möhkəmlənməsi sahəsində siyasətinin “Bakı prosesi” adlanan istiqamətinə müvafiqdir”. Bunu Ərəb Dövlətləri Liqasının (ƏDL) sivilizasiyalararası və dinlərarası dialoq departamentinin direktoru, səfir Samiyə Bebars bildirib.
S.Bebarsın sözlərinə görə, Azərbaycan dövlətinin multikulturalizm, tolerantlıq və dözümlülük ideyalarının dəstəklənməsinə və inkişaf etdirilməsinə yönəlmiş bu addımı mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsində Azərbaycanın mühüm rol oynadığını göstərir.
S.Bebars deyib: “Bu, təbidir, ona görə ki, mən özüm də daxil olmaqla, sivilizasiyaların beynəlxalq dialoqu sahəsində mütəxəssislərin çoxunun fikrincə, Azərbaycan rəhbərliyinin böyük səyləri sayəsində Bakı mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə və paytaxtına çevrilib. Hesab edirəm ki, Azərbaycan Prezidentinin təşəbbüsü Bakının bu istiqamətdə daha əvvəl atdığı addımların məntiqi davamıdır”.
ƏDL nümayəndəsi vurğulayıb: ”İslam həmrəyliyi barədə Prezident İlham Əliyevin təşəbbüsü həm də bütün islam dünyasına ünvanlanmış bir mesaj, müxtəlif aktual məsələlərə dair həmrəyliyə, qarşılıqlı anlaşmaya nail olmağın və vahid mövqedən çıxış etməyin zəruriliyi barədə xatırlatmadır. Bu təşəbbüs Azərbaycanın müsəlman ölkələrini birləşdirmək, onların arasında mövcud fikir ayrılıqlarını aradan qaldırmaq , habelə müsəlman ölkələri ilə dünyanın digər ölkələri arasında əlaqələri və əməkdaşlığı möhkəmlətmək istəyini əks etdirir”.
Samiyə Bebars Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları mövzusuna toxunaraq qeyd edib ki, Bakıda İslamiada keçirilməsi növbəti mühüm hadisədir. Bu Oyunlar müsəlman ölkələri üçün idman bayramı olmaqla yanaşı, həm də müsəlman xalqları arasında əlaqələrin və ümumbəşəri dəyərlərin möhkəmlənməsinə şərait yaradacaq.
Samiyə Bebars sonda deyib: “Azərbaycanın bu növbəti addımı həmrəylik, əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunun möhkəmləndirilməsinə yönəlib”. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Səfir: “İslam həmrəyliyi barədə Prezident İlham Əliyevin təşəbbüsü islam dünyasına ünvanlanmış mesajdir”

    03 May 2017 16:15