Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir baş tutub


Aprelin 21-də Azərbaycan Respublikası  Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan  olunması  barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə  Azərbaycan Respublikası  Təhsil Nazirliyinin  və Dini Qurumlarla  İş üzrə Dövlət  Komitəsinin birgə  əmri ilə təsdiq  edilmiş “Təhsil  müəssisələrində uşaq  və gənclərin  mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda  tərbiyə olunması  tədbirlərinin  gücləndirilməsi haqqında”   Fəaliyyət Planına  uyğun  olaraq  Səbail rayonu 189-190  nömrəli tam orta məktəblərdə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib.
“Dünyəvi dövlətdə İslam və milli birlik” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşı Pərvin Əlizadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Rövşən Əliyev, məktəbin direktoru Ceyran Kuliyeva, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ceyran Kuliyeva dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən  sonra çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Rövşən Əliyev milli-mənəvi dəyərlərimizin şagirdlərin tərbiyəsində və formalaşmasındakı rolu haqqında danışıb.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev “Dünyəvi dövlətdə İslam və milli birlik”mövzusunda geniş məruzə ilə çıxış edib. C.Əliyev İslam həmrəyliyinin çox aktual bir məsələ, eyni zamanda dini radikalizm və ekstremizmə qarşı ciddi mübarizə metodu olduğunu tədbir iştirakşılarının diqqətinə çatdırıb. Gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətinə toxunan natiq hər bir gəncin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş müzakirə aparılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt