Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Lerikdə “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə rolu” mövzusu müzakirə olunub


Aprelin 21-də Lerik Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Lerik şəhər V.Müslümov adına 2 saylı tam orta məktəbdə "İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran  bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, məktəbin müəllimləri, gənclər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran  bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Azər Həsənov dini radikalizmin fəsadlarından və dini radikalizmə qarşı mübarizə aparmağın yollarından danışıb.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov çıxış edərək bildirib ki, dünyada dini zəmində ixtilafların, qarşıdurmaların kəskinləşdiyi, terrorizmin artdığı bir dövrdə  Azərbaycanda ictimai-siyasi sabitliyin tam təmin edilməsi, eləcə də dövlətimizin tolerant dəyərlərin qorunub saxlanılmasına verdiyi dəstək digər ölkələr üçün nümunədir.
Tədbirdə Lerik şəhər 2 saylı tam orta məktəbin müəllimi Həmid İmanov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-cı ili "İslam Həmrəyliyi İli" elan etməsi bütün dünyaya sülh çağırışıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
    

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt