Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ucarda “İslam həmrəyliyi milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib

Aprelin 20-də Ucar Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Ucar rayonu Qarabörk kənd tam orta məktəbində “İslam həmrəyliyi milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Qarabörk kənd tam orta məktəbinin direktoru Ağaisa Həsənov vurğulayıb ki, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olub və gənc nəslin sağlam ruhda formalaşmasına xidmət edir. 
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov və Sədi Hüseynov da çıxışlarında bildiriblər ki, milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq olan gənclər dövlətə və cəmiyyətə faydalı ola bilməzlər. Natiqlər bu gün narahatedici məsələlərdən birinin də dini ekstremizm olduğunu, ekstremizm, terrorizm, narkomaniya və başqa bu kimi sosial bəlalar ilə mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd ediblər.
İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir öz işini yekunlaşdırıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ucarda “İslam həmrəyliyi milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib

    21 Aprel 2017 17:14