Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Prezidentin Sərəncamı uğurla icra olunur

Aprelin 20-də Sumqayıt şəhəri Sumqayıt stansiyası yaşayış massivi məscidi “Vəhdət” dini icması tərəfindən “İslam həmrəyliyi-dini vəhdətə çağırış” layihəsi çərçivəsində “İslamda ailə dəyərləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, dini icmanın sədri Eldar Ömərov, məscidin axundu Ələkbər Muradov, icma üzvləri, qəsəbə sakinləri iştirak ediblər.
Dini icma sədri Eldar Ömərov İslamda  ailə, valideyn-övlad  münasibətləri haqqında fikirlərini bölüşüb.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov çıxış edərək ailə institutu, ailə planlaşdırılması, cəmiyyətin inkişafında ailənin rolu barədə danışıb. Son zamanlar artan boşanma halları ilə bağlı narahatlığını dilə gətirən natiq qeyd edib ki, din xadimləri bu məsələni diqqətdə saxlamalı, insanların bu sahədə maarifləndirilməsində yaxından iştirak etməlidirlər.
Sonra çıxış edən məscidin axundu Ələkbər Muradov mövzu ilə bağlı müqəddəs  Qurani-Kərimdən bir  neçə surə və  ayəni şərh edib.
Tədbirin sonunda  iştirakçıların sualları cavablandırılıb.
Qeyd  edək ki, tədbir Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Prezidentin Sərəncamı uğurla icra olunur

    21 Aprel 2017 15:55