Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Balakən rayonunda “Həmrəylik milli-mənəvi birliyimizin təzahürü kimi” mövzusunda tədbir keçirilib


Aprelin 20-də Balakən Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Balakən Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə  rayonunun Mahamalar kənd tam orta məktəbində “Həmrəylik milli-mənəvi birliyimizin təzahürü kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev, Sənan Hacıyev, məktəbin rəhbərliyi müəllim-şagird heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mahamalar kənd tam orta məktəbinin direktoru Kəmalə Məmmədova tarix boyu formalaşan və xalqımıza məxsus olan milli-mənəvi dəyərlərimiz haqqında məlumat verib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev çıxışında vurğulayıb ki, həmrəylik və milli birlik kimi dəyərlər, tarixən xalqımıza məxsus olan və tarix boyu xalqımızın inkişafını təmin edən ən vacib ünsürlərdəndir. O qeyd edib ki, ölkəmizdə yaşayan müxtəlif millətlərin və müxtəlif dinlərin nümayəndələri heç bir ayrı-seçkiliyə məruz qalmadan Azərbaycan mədəniyyəti tarixində özünəməxsus iz qoyublar.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sənan Hacıyev  bildirib ki, milli birlik və həmrəylik kimi dəyərlərin əleyhinə yönələn bəzi fikirlər bu gün cəmiyyətimizdə özünə yer tapmağa çalışır. Bu milli və dini zəmində dözümsüzlüyü,insanpərvərlik əleyinə olan fikir və davranışları aşılayan qrupların zərərli təsirinə qarşı hər birimiz ayıq-sayıq olmalıyıq. Bunun üçün əvvəlcə öz milli və dini dəyərlərimizi dərindən mənimsəməli və həmin dəyərlərimizə qarşı yönələn fikirlərin cəmiyyətimizdə yayılmasına imkan verməməliyik.
 
  

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt