Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Hərbi hissədə dini maarifləndirmə tədbiri baş tutub

Aprelin 19-da Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə hazırladığı tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində zabit və əsgər heyətinin vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə dini maarifləndirmə tədbiri keçirilib.
“Multikulturalizm, tolerantlıq və İslam həmrəyliyi dini ekstremizm və radikalizmə alternativ kimi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Hərbi Dəniz Qüvvələri Komandanlığının əməkdaşı Natiq Məlikov və  hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə ölkəmizdəki dini durumla bağlı məlumat verib. O, dini ekstremizm və radikalizmin təzahür formaları və onlara qarşı mübarizə metodologiyası haqqında mülahizələrini diqqətə çatdırıb.
Hərbi Dəniz Qüvvələri Komandanlığının əməkdaşı Natiq Məlikov isə tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. O, hərbçilərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində milli-mənəvi dəyərlərin təbliğinin rolu barədə də fikirlərini dinləyicilərlə bölüşüb.
Mövzu ətrafında müzakirələr aparılıb, hərbçilərin sualları cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Hərbi hissədə dini maarifləndirmə tədbiri baş tutub

    20 Aprel 2017 15:13