Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Fransız yazıçısı Dövlət Komitəsinə təşəkkür məktubu ünvanlayıb

Fransız yazıçısı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardon Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya təşəkkür məktubu ünvanlayıb.
Məktubda Jerar Kardon yanvar ayının 17-də Komitə sədri Mübariz Qurbanlının yazıçını və xanımı Nikolası səmimi qarşıladığına görə minnətdarlığını ifadə edib. O bildirib ki, dini məsələlərə münasibətdə Azərbaycan hökumətinin tolerantlıq ruhlu və açıq fikirli olmasından təsirlənib. Yazıçı ölkəmizdəki dini tədrisi yüksək qiymətləndirib. O, Azərbaycanda qadınlar və kişilər arasında hüquq bərabərliyinin təmin olunmasını demokratiya və mənəviyyatın göstəricisi kimi dəyərləndirib.
Yazıçı məktubunda ölkəmizə növbəti səfərləri zamanı Dövlət Komitəsində yenidən görüş keçirməkdən məmnunluq hissi duyacağını da vurğulayıb.
Qeyd edək ki, yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan qadını barədə bədii əsər yazmaq məqsədi ilə ölkəmizdə səfərdə olan fransız yazıçısı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardonu qəbul edib.
Dövlət Komitəsinin sədri ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən bəhs edib, Azərbaycanda dini durumun sabit olduğunu, müxtəlif konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini bildirib.
O, həmçinin Azərbaycanda qadınların hüquqlarının yüksək səviyyədə qorunmasından, onların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmələrindən danışıb.
Fransalı yazıçı qadınlarla bağlı belə bir layihəni artıq bir sıra ölkələrdə həyata keçirdiyini deyib. O bildirib ki, bu əsəri yazmaqda məqsədi həmin ölkələri qadınlar vasitəsi ilə təqdim etməkdir. Burada qadınların həyatı, ailədə,  cəmiyyətdə rolu, onların hüquqlarının qorunması və digər məsələlər öz əksini tapacaq. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Fransız yazıçısı Dövlət Komitəsinə təşəkkür məktubu ünvanlayıb

    20 Aprel 2017 14:58