Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam həmrəyliyinin dini və irqi ayrı-seçkiliyə qarşı əhəmiyyəti müzakirə olunub

Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Ləkçıplaq kənd 2 saylı tam orta məktəbdə “İslam həmrəyliyinin dini və irqi ayrı-seçkiliyə qarşı əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, Göyçay RİH başçısının Ləkçıplaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aydın Əliyev, Bilik Fondunun Göyçay rayon nümayəndəsi Sevda Abdullayeva, Rayon Polis şöbəsinin əməkdaşları, dini icma sədrləri, din xadimləri və Ləkçıplaq kənd 1 və 2 saylı tam orta məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Göyçay RİH başçısının Ləkçıplaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aydın Əliyev 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasından, xalqımızın tolerantlıq ənənələrinin bu gün dünya ölkələrinə nümunə olmasından bəhs edib.
DQİDK-nn Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tədbirdə çıxış edərək bildirib ki, Azər­bay­can uzun əsrlər­dən bə­ri İs­lam si­vi­li­za­si­ya­sı­nın əsas mər­kəz­lə­rin­dən bi­ri ol­ub, İs­lam in­ti­ba­hı­nın bər­qə­rar ol­ma­sın­da mü­hüm rol oy­na­yıb. Natiq qeyd edib ki, təkcə müsəlmanlara deyil, digər dinlərin nümayəndələrinə də ölkəmizdə dövlət tərəfindən qayğı göstərilir.
Daha sonra çıxış edən Bilik Fondunun Göyçay rayon nümayəndəsi Sevda Abdullayeva, DQİDK-nn Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, orta məktəbin direktoru Əhməd Quliyev, dini icma sədrləri Elxan Beydullayev və Zöhrab İsmayılov 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən, yeniyetmə və gənclərimizin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən söz açıblar.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam həmrəyliyinin dini və irqi ayrı-seçkiliyə qarşı əhəmiyyəti müzakirə olunub

    19 Aprel 2017 17:06