Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Sabunçu rayonunda “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir baş tutub


Aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq,Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib.
“İslam sülh və həmrəylik dinidir” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, məktəbin direktoru Dilarə Cəbrayılova, müəllim, şagird və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 295 nömrəli tam orta məktəbin direktoru Dilarə Cəbrayılova dini maarifləndirmə sahəsində görülən tədbirləri yüksək qiymətləndirdiyini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov isə Azərbaycanda həmişə multikultural və tolerant dəyərlərə yüksək qiymət verildiyini vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş edilib.  

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt