Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Yardımlıda “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib

Aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin  gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Yardımlı rayonu Səyyar Şabıyev adına Şəfəqli kənd tam orta məktəbində seminar-treninq  keçirilib.
“İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda keçirilən seminar-treninqdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı rayonu Səyyar Şabıyev adına Şəfəqli kənd tam orta məktəbinin direktoru Ramil Qəmbərov, DTX-nın Yardımlı rayon şöbəsinin əməkdaşı, Yardımlı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhriyar Şəbıyev, Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əli İsgəndərov, Yardımlı rayon Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, müəllim və şagirdlər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yardımlı rayonu Səyyar Şabıyev adına Şəfəqli kənd tam orta məktəbinin direktoru Ramil Qəmbərov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Bu tarixi Sərəncamla Azərbaycan öz milli-mənəvi dəyərlərinə bağlılığını təsdiq etməklə bərabər, gələcəyə bərabərlik, qardaşlıq, sülh körpüsünü salır.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” adlı məruzəsində bildirib ki, bu gün Azərbaycan beynəlxalq aləmə tolerantlıq nümunəsini təqdim edir. Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində ölkəmiz sahib olduğu tolerantlıq ənənələrini və multikultural dəyərlərini yenidən bərpa edib. Həmçinin natiq vurğulayıb ki, Ulu Öndər Azərbaycanda əsrlərboyu formalaşan çoxmədəniyyətlilik ənənələrini inkişaf etdirərək onu yeni müasir mərhələyə çatdırıb. Bu strategiya ölkə başçımız cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
Sonda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Yardımlıda “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib

    19 Aprel 2017 14:58