Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Fitnə” sənədli filmi Sumqayıt məktəbliləri üçün nümayiş edilib

Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər 24 saylı tam orta məktəbdə “Fitnə” sənədli filmi nümayiş  edilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, məktəbin direktoru Sara Abbasova, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər 24 saylı tam orta məktəbin direktoru Sara Abbasova cəmiyyətin, xüsusilə də gənclərin yad, zərərli dini təsirlərdən qorunması sahəsində maarifləndirmə işinin əhəmiyyətindən danışıb. O qeyd  edib ki, DQİDK-nın təşəbbüsü ilə çəkilən “Fitnə” sənədli filmi gənclərdə  dini radikalizmin mahiyyəti və fəsadları barədə aydın təsəvvür  yaradacaq.
DQİDK-nın Sumqayıt  bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov çıxış edərək radikal dini cərəyanların təbliğat üsulları, onların ölkəmizdə  sosial baza  yaratmaq  cəhdləri və buna  qarşı dövlət  səviyyəsində  aparılan mübarizə üsullarından bəhs  edib.
Tədbirin sonunda “Fitnə” sənədli filmi nümayiş edilib və film ətrafında müzakirələr aparılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Fitnə” sənədli filmi Sumqayıt məktəbliləri üçün nümayiş edilib

    19 Aprel 2017 14:32