Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Azneft İstehsalat Birliyində “İslam Həmrəyliyi İli” ilə əlaqədar görüş keçirilib

Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və SOCAR-ın birgə təşkilatçılığı, “Azneft” İstehsalat Birliyi və Nəqliyyat idarəsinin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, SOCAR-ın vitse-prezidentinin müşaviri Aydın Bədəlov, SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidentinin müşaviri Aydın Bədəlov ölkəmizin multikultural dəyərlərə və tolerant ənənələrə malik olduğunu, bu dəyərlərin dünya üçün nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğını vurğulayaraq ölkəmizdə dini tolerantlığın qorunmasının əhəmiyyətindən danışıb. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunduğunu bildirən Səyavuş Heydərov Azərbaycanın bununla dünyaya sülh, birlik və qardaşlıq mesajı verdiyini qeyd edib.
Görüşdə radikal təsirlərin qarşısının alınması və milli-mənəvi dəyərlərimizin qorunması məqsədilə DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Azneft İstehsalat Birliyində “İslam Həmrəyliyi İli” ilə əlaqədar görüş keçirilib

    19 Aprel 2017 15:03