Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ağcabədidə “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” mövzusunda tədbir keçirilib

Aprelin 18-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Ağcabədi rayonu Salmanbəyli kənd “Heydər” məscidi dini icması “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” adlı layihə çərçivəsində növbəti tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayon Salmanbəyli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə Sabir Soltanov, Salmanbəyli kənd “Heydər” məscidi dini icmasının sədri Heydər Məmmədov, Salmanbəyli kənd Əlfi Məmmədov adına tam orta məktəbin direktor müavini Fuad Əliyev, kənd sakinləri və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə  Salmanbəyli kənd “Heydər” məscidi dini icmasının sədri Heydər Məmmədov açaraq, İslam dininin sülh dini olduğunu diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ağcabədidə “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” mövzusunda tədbir keçirilib

    19 Aprel 2017 14:41