Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Fələstin səfiri: "Azərbaycan dünyaya tolerantlıq modelini təqdim edir"


Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi münasibətilə Azərbaycan xalqını və hökumətini təbrik etmək istəyirəm. Bu Sərəncam və Bakıda keçirilən “İslam həmrəyliyi - zamanın çağırışı” mövzusundakı beynəlxalq konfrans İslam həmrəyliyinin nə qədər vacib olduğunu bir daha sübut edir. Bu fikirləri Fələstinin ölkəmizdəki səfiri Nasir Əbdülkərim Əbdürrəhman deyib. Səfir vurğulayıb ki, konfransın başlıca əhəmiyyətindən biri burada yalnız İslam dininin nümayəndələrinin deyil, eyni zamanda, digər dinlərin təmsilçilərinin iştirakıdır. Ölkəmizin İslam dünyasının ayrılmaz hissəsi olduğunu deyən diplomat belə bir tədbirin Bakıda baş tutmasının önəmini bir daha qeyd edib.
N.Ə.Əbdürrəhman əlavə edib ki, bu gün Azərbaycan dünyaya tolerantlıq və inklüzivliyin mükəmməl modelini təqdim edir. 


Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt