Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Küveytli alim: "İslam Həmrəyliyi İli” Azərbaycan tərəfindən irəli sürülmüş çox yaxşı təşəbbüsdür"


İslam ölkələri böyük bir coğrafi əraziyə səpələnib və bu ölkələrin əhalisinin ümumi sayı bir milyarddan çoxdur. İslam ölkələrinin bir-birindən aralı məsafədə yerləşməsi müsəlman xalqlarının da müəyyən qədər uzaq düşməsinə gətirib çıxarıb. Bu fikri  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Dövlət Rəssamlıq Akademiyasının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "İslam Həmrəyliyi İli” ilə bağlı keçirilmiş beynəlxalq festivalda iştirak edən Küveyt nümayəndə heyətinin başçısı, Küveyt Universiteti Sosial Elmlər Kollecinin dekan müavini, alim Casim Məhəmməd əl-Əli deyib.
Küveyt nümayəndə heyətinin başçısı vurğulayıb ki, Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi və bu çərçivədə keçirilən tədbirlər islam ölkələri arasında əlaqələri gücləndirəcək, xalqları bir-birinə daha da yaxınlaşdıracaq, qarşılıqlı mədəni mübadilə proseslərini artıracaq. Bu, Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş çox yaxşı təşəbbüsdür.

 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt