Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Azərbaycan İslamın əsl mahiyyətini öz təqdimatında bütün dünyaya çatdırmağa çalışır

Azərbaycan hər zaman İslam həmrəyliyi prinsipindən çıxış edib. Bu il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və 2018-ci ildə Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycanın müsəlman dünyasında nümunəvi ölkə olduğunu bir daha göstərir.
Bu fikirlər martın 17-də Şabranda keçirilən “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfransda səsləndirilib.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mədəniyyət Sarayında təşkil olunan tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının fəalları, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” filminin nümayişi ilə başlayıb.
Filmdən sonra Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək bildirib ki, ötən il ölkəmizdə “Multikulturalizm ili” olub və il çərçivəsində ölkəmizin digər rayonlarında olduğu kimi, Şabranda da xeyli sayda tədbirlər, görüşlər keçirilib. Natiq vurğulayıb ki, bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması da ötənilki ilin məntiqi davamıdır.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Sərəncamına əsasən, İslam dininin maddi və qeyri-maddi irsimizin formalaşmasında rolunun, dünyada həmrəyliyin təmin olunmasında əhəmiyyətinin, ölkəmizin birgəyaşayış siyasətinin daha dərindən mənimsənilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müxtəlif tədbirlər və regional konfranslar təşkil edir.
Bildirilib ki, bu kimi tədbirlər dini radikalizmlə mübarizənin, dindarlar, xüsusilə gənclər arasında Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviq olunması üçün olduqca vacibdir. O, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin ölkəmizin dövlət səviyyəsində dinə olan müsbət münasibətinin təzahürü və İslam dünyasının birliyinə verdiyi böyük önəmin göstəricisi olduğunu qeyd edib.
Konfransda ölkəmizdəki sabit dini vəziyyətdən danışılaraq bildirilib ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının nadir nümunəsidir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü ən yüksək səviyyədə göstərir.
Konfransda qeyd olunub ki, ölkəmizdə elan olunan "İslam Həmrəyliyi İli"nin təkcə Azərbaycan və İslam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün böyük önəmi var. Azərbaycan öz təqdimatında İslamın əsl mahiyyətini bütün dünyaya çatdırmağa çalışır. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Azərbaycan İslamın əsl mahiyyətini öz təqdimatında bütün dünyaya çatdırmağa çalışır

    17 Mart 2017 15:52