Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Masallıda “Azərbaycanda multikultural dəyərlər və tolerantlıq ənənələri” mövzusunda maarifləndirici tədbir keçirilib

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Masallı şəhəri Qabaq Dadva məhəllə məscidi dini icması tərəfindən martın 17-də “İslamda həmrəylik və sülh çağırışları” adlı layihə çərçivəsində “Azərbaycanda multikultural dəyərlər və tolerantlıq ənənələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin  müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Masallı şəhər Sakit Tağıyev adına Digah tam orta məktəbinin direktoru Namiq Ağayev, Qabaq Dadva məhəllə məscidi dini icmasının sədri Vaqif Mikayılov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Namiq Ağayev qeyd edib ki, dövlətimiz multikultural dəyərlərə və tolerantlıq ənənələrinə hər zaman böyük önəm verib. Təsadüfi deyil ki, ölkə başçısı cənab İlham Əliyev ötən ili “Multikulturalizm ili”, bunun davamı olaraq bu ili isə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edib.  
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Ayıq Səmədov, Qabaq Dadva məhəllə məscidi dini icmasının sədri Vaqif Mikayılov və başqaları çıxışlarında multikulturalizmin Azərbaycan modelindən söhbət açaraq bildiriblər ki, ölkəmizdə tolerantlıq ənənələri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qorunub saxlanılaraq daha da inkişaf etdirilib. Bu gün bu strategiya  möhtərəm  Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda DQİDK-nın nəşr etdirdiyi dini ədəbiyyatlar iştirakçılara paylanılıb, Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi  nümayiş etdirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Masallıda “Azərbaycanda multikultural dəyərlər və tolerantlıq ənənələri” mövzusunda maarifləndirici tədbir keçirilib

    17 Mart 2017 15:02