Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Azərbaycan cəmiyyətində İslam həmrəyliyinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Martın 17-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin  gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Nəsimi rayonunda yerləşən Rövşən Nəsirov adına 111 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“Azərbaycan cəmiyyətində İslam həmrəyliyinin rolu” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Nuru İmanov, məktəbin direktoru Jalə Hacıyeva, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan Jalə Hacıyeva orta məktəblərdə təşkil olunan bu cür maarifləndirici tədbir və görüşlərin gənclər, o cümlədən məktəblilər üçün xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov həqiqi İslamdan uzaq, radikal fikirli insanların cəmiyyətdə mövcud olan həmrəyliyə, sabitliyə və birgəyaşayış ənənəsinə vurduğu zərbədən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin aparıcı məsləhətçisi Nuru İmanov “Multikulturalizm İli”nin məntiqi davamı sayılan “İslam Həmrəyliyi İli”nin Azərbaycan tarixində əlamətdar hadisə olduğunu, Azərbaycançılıq ideologiyasının milli həmrəyliklə sıx vəhdət təşkil etdiyini diqqətə çatdırıb.  
Sonda şagirdləri maraqlandırılan suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Azərbaycan cəmiyyətində İslam həmrəyliyinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

    17 Mart 2017 14:48