Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Kubanıçbek Abakirov: Azərbaycanın din sahəsindəki təcrübəsi dünya ölkələrinə nümunədir


Dini qurumların nümayəndələri ilk növbədə Azərbaycanın təcrübəsini, ölkənin hökumət orqanlarının digər etnik və dini icmalara mərasimlərin aparılmasında, müqəddəs yerlərin bərpa olunmasında və digər işlərdə göstərdikləri dəstəyi qeyd edib və dünya ölkələrinə misal kimi gətiriblər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qırğızıstan Respublikası Prezidenti Aparatının etnik, dini siyasət və vətəndaş cəmiyyəti ilə əlaqələr şöbəsinin eksperti, “İslam həmrəyliyi – zamanın çağırışı” mövzusunda Bakıda keçirilən Beynəlxalq konfransın iştirakçısı Kubanıçbek Abakirov deyib.
K.Abakirov qeyd edib ki, bu gün müxtəlif ölkələrdən olan ekspertlər, din xadimləri Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini yalnız ölkə daxilində deyil, həmçinin dünyada dinlərarası, millətlərarası münasibətlərə Azərbaycanın töhfəsi kimi dəyərləndirirlər. Dünyanın bir çox ölkələrində dini-milli zəmində münaqişə və müharibələrin alovlandığı bir vaxtda Azərbaycanın İslam həmrəyliyinə inamlı çağırışı, ilk növbədə, müsəlman ölkələrin birgə səyləri ilə mövcud problemlərin həllini mümkün edir.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt