Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Daha 3 dini təhsil müəssisəsinə şəhadətnamə təqdim edilib

Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınmış dini təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib.
DQİDK-nın sədri Mübariz Qurbanlı ölkəmizdə uğurla formalaşdırılan dövlət-din münasibətləri barədə danışıb.  Komitə sədri İslam dünyasının bir parçası kimi Azərbaycanda milli-mənəvi dəyərlərin və xalqımıza məxsus xüsusiyyətlərin qorunub  saxlandığını diqqətə çatdırıb. Xalqımızın tarixdən gələn bu ənənələrin gələcək nəsillər tərəfindən də davam etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışının sürətləndiyini bildirən Mübariz Qurbanlı ölkəmizin dünyaya inteqrasiya etdiyi dövrdə milli-mənəvi dəyərlərimizi qorumağın önəmli olduğunu qeyd edib.
O, Ulu Öndər Heydər Əliyevin memarı olduğu,  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri sayəsində bu gün Azərbaycanın tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə dünyada örnək ölkələrdən biri olduğunu və respublikamızda hər hansı bir məzhəb ayrı-seçkiliyinə rast gəlinmədiyini vurğulayıb. Komitə sədri məhz bu prinsiplər əsasında 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu qeyd edib.
Bu ənənələrin davam etdirilməsində dini təhsilin böyük önəm daşıdığını bildirən Mübariz Qurbanlı ölkəmizdə milli dini kadrların hazırlanması istiqamətində Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə işlər görüldüyünü deyib. Dini təhsil müəssisələrində tariximiz, milli kökümüz, Azərbaycan xalqının etno tərkibi, məzhəblərarası tolerant münasibətlər, multikultural, islami dəyərlərimiz sistemli şəkildə tələbələrə çatdırılacaq.
Sonra dövlət qeydiyyatına alınmış Şəbnəm (qızlar) İslam,  Şəki (hafizlik) İslam və Əliabad İslam Kollecinin rəhbərlərinə şəhadətnamələr təqdim olunub.
Qeydiyyat şəhadətnamələri almış dini tədris müəssisələrinin rəhbərləri dinə, dindarlara diqqət və qayğısına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, rəhbərlik etdikləri dini təhsil müəssisələri gələcək fəaliyyətlərində dövlətçilik prinsipini əsas tutacaq və xalqımızın milli-mənəvi dəyərlərinə yad olan dini ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının alınmasında daha fəal iştirak edəcəklər.
Qeyd edək ki, bundan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 7 dini təhsil müəssisəsinə şəhadətnamələr təqdim edilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Daha 3 dini təhsil müəssisəsinə şəhadətnamə təqdim edilib

    16 Mart 2017 15:59