Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qubada “Narkomaniyaya qarşı mübarizədə din faktoru” adlı tədbir keçirilib

Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon Polis Şöbəsi və Quba Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Quba şəhəri 4 saylı humanitar təmayüllü məktəb-liseydə “Narkomaniyaya qarşı mübarizədə din faktoru” adlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Mirnemət Mirbabayev, Quba Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Anar Murtuzov, Quba Rayon Mərkəzi Xəstəxanasının Konsultasiya-poliklinika şöbəsinin həkimi Elçin Yarməmmədov, Quba şəhərində yerləşən məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Tədbir narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən qısa metrajlı filmlə başlayıb. Filmdə narkomaniyaya düçar olmuş insanların həyat tərzinin acınacaqlı şəkli nümayiş etdirilib.
Tədbirdə ilk çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, Azərbaycan əhalisinin böyük əksəriyyətinin etiqad etdiyi İslam dinində narkomaniya kimi insanın sağlamlığına ziyan olan pis vərdişlər qadağan edilib. O, qeyd edib ki, gənc nəsil narkomaniya və bu kimi digər pis vərdişlərdən uzaq durmaqla özündən sonrakı nəslə sağlam yol açmış olur.
Quba Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Mirnemət Mirbabayev çıxışında narkomaniyaya aludə olmuş insanların cəmiyyətdən necə təcrid olunduqlarını, onların öz yaxınları tərəfindən də qəbul edilmədiklərini yeniyetmə və gənclərin diqqətinə çatdırıb.
Quba Rayon Polis Şöbəsinin Narkomaniyaya qarşı mübarizə qrupunun rəhbəri, polis baş leytenantı Emil Babayev çıxış edərək, narkomaniyaya qarşı effektiv mübarizənin ilkin yolu kimi düzgün maariflənməni və gənc nəslin elm və biliklə məşğul olaraq daha savadlı olmalarını tövsiyə edib. O, xüsusi vurğulayıb ki, narkomaniyaya aludəçilikdən xilas yolu az hallarda mümkün olur.
Quba Rayon Mərkəzi Xəstəxanasının Konsultasiya-poliklinika şöbəsinin həkimi Elçin Yarməmmədov çıxışında əsasən narkomanlığın insan bədəninə mənfi təsirindən, sağlam bədənin qısa müddətdə gücdən düşərək xəstə bədənə çevirilməsindən, psixotrop maddələrdən asılılığın günbəgün artmasından və s. danışıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Qubada “Narkomaniyaya qarşı mübarizədə din faktoru” adlı tədbir keçirilib

    16 Mart 2017 14:18