Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Vladimir Fekete: “İslam Həmrəyliyi İli” ötənilki “Multikulturalizm İli”nin davamıdır


Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete martın 15-də “İslam həmrəyliyi – zamanın çağırışı” beynəlxalq konfransı zamanı AZƏRTAC-a müsahibəsində deyib: “2017-ci il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Zənnimcə, bu il “Multikulturalizm İli”nin davamı olmaqla bərabər, həm də Azərbaycan gerçəkliklərini dünyaya göstərmək üçün növbəti cəhddir. Azərbaycan əhalisinin çoxu müsəlman olsa da, burada bütün konfessiyaların nümayəndələri sülh və həmrəylik şəraitində yaşayırlar. Bu da o ölkələrə örnəkdir ki, həmin ölkələrdə, təəssüf ki, müharibələr, terror aktları və s. baş verir. Məni sevindirən hal budur ki, Azərbaycanın uğurlu inkişafında başqa icmalar, o cümlədən yəhudi və xristian icmaları iştirak edirlər”. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt