Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Karamatullo Olimov: Azərbaycanda hökm sürən sülh və sabitlik dərindən öyrəniləsi mövzudur


“İslam həmrəyliyi – zamanın çağırışı” beynəlxalq konfransında iştirak edən Tacikistan Milli Elmlər Akademiyasının akademiki Karamatullo Olimov martın 15-də AZƏRTAC-a müsahibəsində deyib: “Bugünkü konfrans Azərbaycan Prezidenti İlham Əliyevin hər cür təqdirə və tərifəlayiq olan həqiqətən çox gərəkli təşəbbüsüdür. Mənə ikiqat xoşdur ki, Azərbaycan Prezidenti Tacikistan Prezidentinin, xalqımızın lideri Emoməli Rəhmonun çox yaxın dostudur.
Bu tədbirə gəldikdə isə İslam həmrəyliyi zamanın tələbidir, çünki hazırda “İslam dövləti” deyilən terror təşkilatı və İslamın bayrağı altında fəaliyyət göstərən digər müxtəlif qruplaşmalar tərəfindən hər cür ekstremist və radikal addımlar güclənir. Onlar faktiki olaraq İslama qarşı çıxırlar.
Bugünkü tədbir İslamın nə demək olduğunu, indiki və gələcək nəsillərin sülh şəraitində yaşaması üçün müsəlmanlar arasında həmrəyliyi və başqa konfessiyalar arasında həmrəyliyi necə təmin etməyi başa düşməkdə və daha yaxşı təsəvvür etməkdə insanlara kömək edəcək. Azərbaycanlı dostlarımızın bu təşəbbüsü, bugünkü konfransda bir çox ölkələrin nümayəndələrinin, alimlərin və din xadimlərinin iştirakı, vəziyyəti təhlil etməsi və öz təkliflərini irəli sürməsi bizi çox sevindirir. Azərbaycanda hökm sürən sülh və sabitlik dərindən öyrəniləsi mövzudur. Bu, Azərbaycan Respublikasının rəhbərliyinin siyasətinin düzgün olduğunu, xalqın ruh yüksəkliyini göstərir. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt