Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Elşad İskəndərov: “Azərbaycan heç vaxt Ermənistanın təcavüzünü dini müstəviyə keçirməyib”

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə keçirilən “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov söyləyib.
Onun sözlərinə görə, tarix boyu din və dövlət münasibətləri mürəkkəb olub: “Dövlət və din arasında bəzən yaxın müttəfiq, bəzən fərqli münasibətlər olub. Bu sahədə hələ də ideal model axtarışı davam edir. “Dövlət və din münasibətlərinin optimal modelini axtarıb tapmaq lazımdır: Din və dövlət münasibətlərinin sərhədləri haradadır? Bu, iki günlük Forumumuzun əsas müzakirə mövzusu olacaq”.
E.İskəndərov Azərbaycanın belə bir forumun keçirilməsi üçün ideal məkan olduğunu deyib: “Azərbaycan uzun əsrlərdir ki, tolerantlığı ilə seçilib. Azərbaycan dünyaya Nizami Gəncəvi, Məhəmməd Füzuli və Bakuvi kimi şəxsiyyətlər bəxş edən bir ölkədir. Azərbaycan İslama sədaqətini həmişə nümayiş etdirib. Sovet dövründə də xalqımız dəyərlərini qoruyaraq saxlayıb. Əsrlər boyu öz mili-mənəvi dəyərlərini qoruyan Azərbaycan xalqı digər xalqların dəyərlərinə də hörmətlə yanaşıb. Tarixi faktdır ki, azərbaycanlılar torpaq alıb, yəhudi sinaqoqlarının tikilməsinə yardım ediblər. 16-cı əsrdə Azərbaycan xalqının dünyaya bəxş etdiyi Səfəvilər atəşpərəstlər üçün məbəd tikintisinə şərait yaradıblar. Bu, bizim tarixi ənənəmizdir”.
Komitə sədri xatırladıb ki, XX əsrin əvvəllərində qurulan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində bütün millətlərin, dini qrupların, o cümlədən ermənilərin qrupu olub: “Həmin vaxt da torpaqlarımızın bir qismi ermənilərin işğalı altında olub. Azərbaycandakı tolerantlıq mühiti Ermənistanın işğalçılıq siyasəti qarşısında da duruş gətirib. Ancaq biz bu məsələni heç vaxt dini müstəviyə keçirməmişik. İşğalı həyata keçirən millətin dini abidələri də Azərbaycanda qorunur”.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Elşad İskəndərov: “Azərbaycan heç vaxt Ermənistanın təcavüzünü dini müstəviyə keçirməyib”

    19 Dekabr 2012 14:17