Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam Həmrəyliyi ilinin 1 həftəsində 3 müsəlman dövlətinə səfər

İlham Əliyev Azərbaycanı İslam dünyasının müasirlik və əməkdaşlıq mərkəzi kimi uğurla təqdim edir
 Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığı ildən-ilə genişlənir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman dövlətlərini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətləri gücləndirir, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edir. Prezident İlham Əliyevin Qətər və Pakistan dövlətlərinə səfərlərinin ardınca bu günlərdə İran İslam Respublikasına rəsmi səfəri də dövlətlərarası münasibətlərin inkişafında yeni mərhələ oldu.
Azərbaycanın bütün sahələrdə əməkdaşlıq əlaqələrinin ildən-ilə inkişafına mühüm önəm verdiyi ölkələrdən olan Qətər və Pakistanın respublikamızla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. Diplomatik münasibətlərin uğurla qurulmasında xalqlarımızın tarixi bağlılığı da mühüm rol oynadığından rəsmi Bakı hər iki İslam ölkəsi ilə əlaqələrin inkişafında bu amili daim diqqətdə saxlamışdır.
Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi ilə bağlı sərəncamı da çox mühüm əhəmiyyətli sənəd oldu. 1 həftə ərzində 3 müsəlman dövlətinə səfər edən Azərbaycan Prezidenti ölkəmizi İslam dünyasının müasirlik və əməkdaşlıq mərkəzi kimi uğurla təqdim etdi. Qlobal aləmdə siyasi və sosial kataklizmlərin yaşandığı bir şəraitdə, ən əsası isə İslam dünyasının birliyinə nail olmağa ciddi ehtiyac duyulduğu bir vaxtda İslam həmrəyliyi təşəbbüsünün irəli sürülməsi dünyada sülhün, əmin-amanlığın bərqərar olunması üçün yeni yol xəritəsinin ortaya çıxmasına imkan yaradacaq.
Azərbaycanla İran arasında mövcud çoxşaxəli əlaqələr bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı rəsmi Tehranla Bakının əlaqələrinə təsir göstərən mühüm amillərdən biridir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın digər qonşuları ilə yanaşı, İranla münasibətləri də keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu öndər Heydər Əliyev ilk gündən bəyan etdi ki, tarixi köklərin, ənənələrin və mədəniyyətin eyniliyi ilə bağlı olduğumuz dövlətlərlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində prioritet məsələlərdəndir.
Rəsmi Bakının İranla mehriban qonşuluq münasibətlərinin tərəfdarı kimi çıxış etməsi son illər ölkələrimiz arasında əlaqələrin müxtəlif səviyyələrdə inkişafına ciddi təkan vermişdir. Həm İranın, həm də Azərbaycanın mühüm coğrafi mövqedə yerləşməsi və zəngin iqtisadi potensiala malik olması mövcud əməkdaşlığın daha da dərinləşdirilməsini zəruri edir. İran bu gün Azərbaycanın ixrac-idxal əməliyyatları apardığı əsas dövlətlərdən biridir - iki dövlət arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artmaqdadır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 70 faizdən çox artıb. İranlı iş adamları respublikamızın iqtisadiyyatına investisiya qoyuluşunda mühüm paya malikdirlər. Mövcud əlaqələr çoxşaxəli olub iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir.
Ötən il Azərbaycan öz dəmir yolunu Azərbaycan-İran sərhədinə qədər çəkməyə nail oldu. Astaraçay üzərində dəmir yolu körpüsü də tikilib istifadəyə verilib və bu günlərdə birinci qatar yeni tikilmiş körpü vasitəsilə sərhədi keçib. “Şimal-Cənub nəqliyyat dəhlizi” də tarixi hadisədir. Bu layihə eyni zamanda regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir. Energetika sahəsində də böyük uğurlar əldə edilib. İran şirkəti “Şahdəniz-2” layihəsinin fəal iştirakçısı və sərmayədarıdır. Xəzər dənizində müştərək neft-qaz əməliyyatlarının yerinə yetirilməsi üçün işlər görülür.
Prezident İlham Əliyevin bu günlərdə İrana rəsmi səfəri ölkəmizin müstəqil siyasət yeritdiyini nümayiş etdirməklə ikitərəfli münasibətlərin inkişafına ciddi təsir göstərəcək. Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani arasında keçirilən görüşdə ölkələrimiz arasında mədəni, iqtisadi, dini əlaqələrin və mehriban qonşuluğun əməkdaşlığımızın əsasını təşkil etdiyi vurğulandı. Azərbaycan ilə İran arasında əlaqələrin ölkələrimizin maraqları əsasında inkişaf etdiyinin qeyd olunduğu görüşdə qarşılıqlı sərmayə qoyuluşunun əhəmiyyəti diqqətə çatdırıldı, bu istiqamətdə bir sıra addımların atıldığı bildirildi.
Görüşdə iqtisadi əlaqələrimizin sürətlə inkişaf etdiyi, Xəzər dənizində, enerji, o cümlədən neft-qaz sahələrində əməkdaşlığın yaxşı potensialının olduğu vurğulandı. Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olundu, hərbi-texniki sahədə əməkdaşlıq üçün yaxşı perspektivlərin mövcudluğu diqqətə çatdırıldı. Dövlət başçıları Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin son illər daha yüksək səviyyəyə çatdığını vurğuladılar.
Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanma mərasimi keçirildi. Bu sırada “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmir yolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu”nu misal göstərmək olar. İki ölkə arasında imzalanmış müxtəlif razılaşmalar əməkdaşlıq tellərinin daha da möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev iki ölkə arasında mövcud olan əməkdaşlıq əlaqələrini belə xarakterizə edib: “Qardaş İran torpağında yenidən olmağımdan çox məmnunam. Bu, mənim son üç il ərzində İran İslam Respublikasına üçüncü səfərimdir. Bütövlükdə son üç il ərzində mən cənab Prezident Ruhani ilə səkkiz dəfə görüşmüşəm. Bu, özlüyündə, bir göstəricidir. Bu göstərir ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri çox uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimiz qədim tarix, mədəniyyət, ortaq din əsasında qurulub. Bu möhkəm təməl əsasında biz gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində səylərinə görə İran İslam Respublikasına minnətdarlığımızı bildiririk. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır”.
Rəsmi Tehran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsinə və bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Həmçinin İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT çərçivəsində fəaliyyət göstərən Minsk qrupunun təsirli və qətiyyətli addımlar atmasının vacibliyini də önə çəkir.
İran dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. İran Prezidenti Həsən Ruhani ölkələrimiz arasındakı münasibətləri belə qiymətləndirib: “Bugünkü danışıqlarımızda regional məsələlərlə bağlı müzakirələrimiz oldu. Azərbaycanın və İranın regional məsələlərlə əlaqədar mövqeləri bir-birinə yaxındır. Biz bu fikirdəyik ki, terrorist fikirlər və terrorist ideyalar bu bölgədə həmişəlik yox olsun. Suriya və İraq məsələləri ilə bağlı ortaq mövqelərimiz var. Bugünkü görüşlərimizdə ümid etdiyimizi bildirdik ki, üç ölkənin - Rusiya, İran və Türkiyənin səyləri Suriya məsələsində nəticə versin. Astanada başlanan yol nəticədə uğurla başa çatsın və Suriya məsələsi danışıqlar yolu ilə həllini tapsın. İran İslam Respublikası bu əqidədədir ki, ölkələrin ərazi bütövlüyünə hörmət edilməli, regiondakı münaqişələr danışıqlar və diplomatik yollarla tənzimlənməlidir. Ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həllini tapacaq. Azərbaycan-İran münasibətləri dostluğa və qardaşlığa əsaslanan strateji münasibətlərdir”.
Səfər çərçivəsində Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə də görüşü olub. Son illər Azərbaycan-İran əlaqələrinin çox yaxşı inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, siyasi, iqtisadi və digər sahələrdə münasibətlərimiz yüksək səviyyədədir. Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində bir-birini fəal dəstəkləyir. Mütəmadi qarşılıqlı səfərlərin münasibətlərimizi daha da möhkəmləndirdiyini deyən ölkə başçısı iki ölkə arasında 20-dək sənədin imzalanmasının və qərarların qəbul edilməsinin əhəmiyyətini vurğuladı.
İranın Ali Rəhbəri Seyid Əli Xamenei ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirdi. Qarşılıqlı ticarət dövriyyəsinin həcminin daha da artırılmasının vacibliyini qeyd edən Seyid Əli Xamenei Azərbaycan xalqına firavanlıq arzularını çatdırdı.
Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır. Prezident İlham Əliyev Azərbaycanın İslam aləmindəki rolunu belə qiymətləndirib: “Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax budur bizim siyasətimiz. Bütün bunları nəzərə alaraq mən 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan edirəm”.
Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi ilə bağlı sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə böyük təsir göstərəcək. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə yanaşı, cari ildə Azərbaycanda “İslam həmrəyliyi ili”nin elan olunması da bir-birini üzvi şəkildə tamamlayır.
Prezident İlham Əliyevin İrana rəsmi səfərinin yekunları iki ölkə arasında münasibətlərin intensiv inkişaf etdiyini bir daha təsdiqlədi. Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir.

Elnur HACALIYEV,
“Azərbaycan” 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam Həmrəyliyi ilinin 1 həftəsində 3 müsəlman dövlətinə səfər

    07 Mart 2017 15:25