Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam həmrəyliyinə doğru

Müasir dövrdə dünyanın iqtisadi, siyasi və mədəni sferalarına nəzər salsaq, bir sıra beynəlxalq və regional güclərin dünyaya hökmranlıq etmək uğrunda amansız mübarizəsinin şahidi oluruq:
1) Amerika Birləşmiş Ştatları (ABŞ)
2) Avropa Birliyi
3) Şərqi Asiya ölkələri
4) Rusiya və MDB ölkələri
Şübhəsiz ki, yuxarıda qeyd edilən güclər içərisində ən qüvvətlisi ABŞ-dır. Digər üç regional birlik isə bəzən ABŞ-la bəzən isə müstəqil hərəkət edərək dünyada baş verən hadisələrə öz prinsip və maraqlarına uyğun olaraq təsir göstərməyə çalışır.
Təəssüf doğrucu hal ondan ibarətdir ki, yuxarıda qeyd etdiyimiz güc mərkəzləri içərisində dünya əhalisinin beşdəbirini təşkil edən müsəlmanlar yer almamaqdadır. Məhz bu səbəbdən müsəlmanlar dünya nizamının formalaşmasına və beynəlxalq miqyasda baş verən hadisələrə təsir gücündən uzaq olmaqla, digər güc mərkəzlərinin strateji xətlərinin oyunçusuna çevrilməkdədir. Sözsüz ki, bu hal dünya müsəlmanları üçün məqbul hesab edilə bilməz.
Halbuki, Allah-Təala Qurani-Kərimdə müsəlmanların dünyada ədalətin və sülhün təmin olunmasında fəallıq göstərməsinin vacibliyini vurğulamışdır: “(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır.” (Ali İmran, 110). Digər ayədə Allah-Təala müsəlman əxlaqının idarə edilən deyil, idarə edən olmasının önəmini diqqətə çatdırmışdır: “Allah iki nəfər (Özü ilə bütlər) barəsində yenə belə bir məsəl buyurdu: (bu iki nəfərin) biri dilsizdir (laldır), heç bir şeyə gücü çatmaz. O öz ağasına bir yükdür, onu hara yollasa, xeyirlə qayıtmaz. O heç doğru yolda olub haqq-ədaləti əmr edən (insanları ədalətli işlər görməyə sövq edən) bir kəs kimi ola bilərmi?!” ( Nəhl, 76). Göründüyü kimi, müsəlmanlar həm daxili, həm də xarici məsələlərdə düzgün istiqamətlənməlidirlər.
İslam tarixinə diqqət yetirdikdə Məhəmməd peyğəmbərin (s) dövründən etibarən müsəlmanların yer üzərində böyük gücə sahib olmağa başladıqlarını görərik. Peyğəmbərin (s) vəfatından sonra da müsəlmanlar bir müddət dünyanın aparıcı qüvvələrindən olmuşlar. İslam dünyası əsrlər boyu yalnız siyasi-hərbi cəhətdən deyil, eyni zamanda elm, mədəniyyət, incəsənət, tibb, fəlsəfə kimi müxtəlif sahələrdə dünyanın mərkəzi olmuşdur. Lakin son 2 yüzillikdə müsəlmanların siyasi, elmi, mədəni sferalarda tənəzzülünün şahidi oluruq. XIX əsrdən etibarən bir sıra İslam ölkələrinin parçalanaraq öz müstəqilliklərini itirməsi onları Qərb dövlətlərinin təsiri altına salmışdır.
Müasir dövr müsəlmanlar İslam mədəniyyətinin bu əzəmətli keçmişini dərindən bilməli və məsuliyyətini dərk etməlidirlər. Müsəlmanlar digər inanc və mədəniyyətlərin nümayəndələri tərəfindən həmişə heyranlıqla izlənmişlər. Tanınmış Yaxın Şərq mütəxəssisi Daniel Pipes bir məqaləsində müsəlmanların özlərinə inamına belə bir şərh vermişdir: “Bu özünə inamı təmin edən amillərdən biri də İslamın ilk 6 əsrində müsəlmanların əldə etdiyi böyük nailiyyətlərin xatirəsidir. Bu dövrdə İslam mədəniyyəti ən qabaqcıl dünya mədəniyyətinə çevrilmişdi və müsəlmanlar ən yaxşı səhiyyə standartlarına, ən yüksək elmi nailiyyətlərə sahib idi. Elmi-texniki tədqiqat mərkəzlərinin çoxu müsəlmanların nəzarətində idi. 715-ci ildə müsəlmanlar Qərbdə İspaniyadan Şərqdə Hindistana qədər uzanan imperiya yaratmışdılar.” (Daniel Pipes, “The National İnterest” s. 87).
Şübhəsiz, bu gün müsəlmanların başlıca vəzifəsi görkəmli keçmişlə öyünmək deyil, günümüzdə və gələcəkdə İslam mədəniyyətini yüksəltməkdir. Ancaq bu istiqamətdə aparılacaq işlərin ilk növbədə həmrəylik ruhu çərçivəsində həyata keçirilməsi vacibdir. Müsəlmanlar arasında sülhsevər və fərqlilikləri tolerant qarşılayan bir İslam mədəniyyəti formalaşarsa, XXI əsrdə müsəlman intibahı yenidən baş verə bilər. Sevgi, mərhəmət, tolerantlıq kimi İslam əxlaqının əsasını təşkil edən dəyərlər sayəsində bu gün iqtisadi və siyasi cəhətdən ağır durumda olan müsəlman ölkələrində insanların zülmə məruz qalmasına, amansızlıqla qətlə yetirilməsinə son qoymaqla sülhə və təhlükəsizliyə nail olmaq mümkündür.
İslam aləminin yenidən dünyada əsas güc mərkəzlərdən birinə çevrilməsi  və son iki əsrdə düşdüyü vəziyyətdən çıxması üçün iki əsas addımı atmağa ehtiyacı var:
1) Elm, mədəniyyət, iqtisadiyyat kimi sahələrdə fəaliyyəti genişləndirmək;
2) İslam dünyasının parçalanmasının qarşısını alacaq bütün müsəlman ölkələrini ortaq platformada bir araya gətirəcək "İslam Birliyi"nin yaradılması.
Əslində, bu iki istiqamət bir-biri ilə qırılmaz şəkildə bağlıdır. Müsəlman ölkələrinin müxtəlif sferalarda aktivliyi bu ölkələrin dirçəlməsinə səbəb olacaqdır. Nəticədə onlar arasındakı əməkdaşlıq və həmrəyliyi artıraraq İslam dünyasının inkişafını və birliyinin yaradılmasını təmin edəcək mühit formalaşacaqdır.
Hazırda müsəlman dünyasını birləşdirəcək  güclü, vahid İslam təşkilatının yaradılması tarixi zərurətə çevrilmişdir. Bu missiyanı həyata keçirməyə cəhd edən İslam Əməkdaşlıq Təşkilatının potensial təsir imkanları lazımi həddə deyildir. Ərəb Liqasında isə yalnız ərəb ölkələri təmsil olunur.
Qeyd edək ki, XXI əsrdə belə bir ittifaqın qurulması üçün müvafiq şərait mövcuddur. Belə ki, keçən əsrin sonlarında ABŞ ilə SSRİ arasında əsas ideologiya mübarizəsi olan soyuq müharibənin başa çatmasından sonra xalqların müqəddəratını təyin edən əsas faktor sivilizasiya və mədəniyyət olmuşdur. Tanınmış politoloq Samuel Harrinqton bütün müsəlmanların vahid “İslam mədəniyyəti” formalaşdırdığını bildirmişdir.
Avropa İttifaqı modeli İslam birliyi üçün nümunə ola bilər. Avropa İttifaqının əsas xarakterik cəhəti üzv ölkələrinin hər birinin öz milli azadlıqlarını, idarəetmə sistemlərini qorumaqla yanaşı, “Avropa mədəniyyəti” adlı vahid dəyərlər sistemini qəbul etmələridir. Bu dəyərlər sistemi daxilində Qərb dövlətləri siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq edərək bütün regionun inkişafına töhfə verirlər.
İslam birliyi də üzv ölkələrin öz hüquq və maraqlarını təmin edən struktura sahib olmalı, üzv ölkələr isə ortaq siyasi maraqların ətrafında birləşərək bu siyasi kursun reallaşmasında həmrəylik nümayiş etdirməlidirlər. İslam həmrəylinin təmin edilməsi bir sıra müsəlman ölkələrində yaranan siyasi böhranların aradan qaldırılmasına səbəb olacaq və İslam dünyasının fəallığını artıracaqdır.
İslam həmrəyliyinin təmin olunması istiqamətində ölkəmizin üzərinə də öhdəlik düşür. Respublikamızın coğrafi və geosiyasi mövqe baxımından Qərb ilə İslam dünyası arasında körpü rolunu oynaması onun müsəlman ölkələri arasında vasitəçilik etməsinə əlverişli imkan yaradır. Azərbaycanın tarixən tolerant və multikultural ənənələrə sahib olması İslam ölkələri içərisində əməkdaşlığın və qarşılıqlı münasibətlərin yüksək səviyyədə qurulmasında ölkəmizin oynayacağı rolu daha da artırır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan etməsi bütün dünya müsəlmanlarını vahid mövqedən çıxışı istiqamətində çox önəmli təşəbbüsdür. Sözsüz ki, Azərbaycanın tarixən İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olması onun İslam həmrəylinin və islami dəyərlərin təbliği istiqamətində əsaslı töhfələr verəcəyinə əminlik yaradır.
Həmrəyliyin bərqərar edilməsi üçün qeyri-hökümət təşkilatları, fondlar, media orqanları, müsəlmanlar arasında məzhəblərarası dialoqun təmin edilməsi istiqamətində də ardıcıl işlər görməlidirlər. Hər bir müsəlman getdiyi məsciddə, oxuduğu məktəbdə, iş yerində müsəlmanlar arasında birliyin təbliğatını aparmalıdır. Bir-birinin məscidində namaz qılmayan, bir-birinin yazdığı kitabı oxumayan, fikir müxtəlifliyi səbəbindən bir-birinə düşmən kəsilən, hətta salamlaşmayan müsəlmanlar arasında ixtilaflara son qoymaq olduqca zəruridir. Müsəlmanlar bir-birinə dözümlü yanaşması və məzhəb düşmənçiliyinə son qoymaq müasir dövrün tələblərindəndir. Allahın Qurani-Kərimdə buyurduğu bu ayəni hər bir müsəlman özü üçün əsas prinsip hesab etməlidir: Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Ali-İmran, 103).
 
DQİDK-nın əməkdaşı
Tamerlan Əhmədli
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam həmrəyliyinə doğru

    07 Mart 2017 12:31