Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Prezident İlham Əliyev: “Biz çalışırıq ki, İslam aləmində birliyi möhkəmləndirək”


İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir.
Bunu Tehranda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə birgə mətbuata bəyanatla çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib: “Qardaş İran torpağında yenidən olmağımdan çox məmnunam. Bu mənim son üç il ərzində İran İslam Respublikasına üçüncü səfərimdir. Bütünlükdə, son üç il ərzində cənab Prezident Ruhani ilə səkkiz dəfə görüşmüşəm. Bu göstərir ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri çox uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimiz qədim tarix, mədəniyyət və ortaq din əsasında qurulub. Biz bu möhkəm təməl əsasında gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində mövqeyinə görə İran İslam Respublikasına minnətdarlığımızı bidirmək istəyirik. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır”.
Dövlət başçısı deyib ki, İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün önəmli deyil, bütün region üçün önəmlidir: “Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfədir. Qeyd etməliyəm ki, bu il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilmişdir. Biz çalışırıq ki, İslam aləmində birliyi, həmrəyliyi möhkəmləndirək. Biz öz milli-mənəvi, dini dəyərlərimizə çox sadiqik. İki aydan sonra Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman yarışı olmayacaq, həm də İslam aləminin birləşməsi deməkdir. Əminəm ki, İran idmançıları bu yarışlarda böyük uğur qazanaraq yüksək pillələrə qalxacaqlar. Qeyd etməliyəm ki, biz Azərbaycanda İran-Azərbaycan əlaqələrinin inkişafına xüsusi əhəmiyyət veririk, bu əlaqələri çox yüksək qiymətləndiririk. Bugünkü səfərim bu əlaqələrin inkişafına çox böyük dəstək olacaq. Bir daha qonaqpərvərliyə görə Sizə minnətdaram və fürsətdən istifadə edərək, cənab Prezident, Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm” 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt