Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Hacıqabulda növbəti dini maarifləndirmə tədbiri keçirilib


Fevralın 17-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncamına uyğun olaraq, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Hacıqabul rayonu “Qubalı Baloğlan” kənd məscidi dini icması tərəfindən “Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri” layihəsi çərçivəsində tədbir keçirilib.
Qubalı Baloğlan kənd məscidində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbə müdiri Azər Sadıqov, şöbənin baş məsləhətçisi Mürşüd Rzayev, Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə, Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Şıxalıyev, dini icma sədri  Alxan Müslümov, icma üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Hacıqabul RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Şıxalıyev məruzə ilə çıxış edərək keçirilən tədbirin əhəmiyyəti barədə danışıb, dövlətin dinə qayğısını və milli-mənəvi, eləcə də tolerant və multikultural dəyərlərin təbliği işini yüksək qiymətləndirib.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə keçirilən layihənin əhəmiyyətindən, dini ekstremizmin və radikalizmin multikultural cəmiyyətlər üçün fəsadlarından və təhlükələrindən danışıb, dövlət başçısının maarifləndirmə işləri aparmaq üçün icmalara maliyyə vəsaiti ayırmasını yüksək qiymətləndirərək bu vəsaitin icmaların gələcək fəaliyyətində aktivlik yaradacağına əminliyini bildirib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt