Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Xətai rayonunda “İslam həmrəyliyi: Tolerantlıq və İslam mədəniyyəti” mövzusunda tədbir keçirilib

Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xətai Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Ayaz Məhərrəmov adına 95 saylı orta məktəbdə 2017-ci il “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyi: Tolerantlıq və İslam mədəniyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev və Fidan Aslanova, məktəbin direktoru Fuad Babayev, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin aparıcı məsləhətçisi Vasif Musayev İslam ölkələrinin hər gün yeni təhdidlərlə üzləşdiyini və belə bir şəraitdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin bu mənfi ənənəyə, habelə Qərbin bəzi dairələrinin islamofob mövqeyinə bir növ “yox” deyilməsi olduğunu bildirib. Həmçinin ölkəmizdə yaşayan vətəndaşların mütləq əksəriyyətinin İslam dininin mənsubları olduğunu nəzərə alaraq, həmrəyliyin nə qədər böyük ictimai-mədəni əhəmiyyətinin olduğunu xüsusi vurğulayıb.
Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov çıxış edərək bildirib ki, ölkəmiz tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması da məhz Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlanır.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fidan Aslanova Azərbaycanda uzun tarixi dövr ərzində formalaşmış tolerantlıq mühitindən, multikulturalizm örnəyindən, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verilməsindən söz açıb. Həmçinin IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın ölkəmizin islam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı, böyük tarixi əhəmiyyətə malik ictimai-siyasi hadisə olduğunu bildirib.
Məktəbin direktoru Fuad Babayev İslam dininin insanlara humanizm, dözümlülük xüsusiyyətlərini aşıladığını, dinimizin  insanlara dostluq, qardaşlıq, sülh, barışıq yolu göstərdiyini ifadə edib, məktəblilər arasında maarifləndirmə tədbirlərinin keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Xətai rayonunda “İslam həmrəyliyi: Tolerantlıq və İslam mədəniyyəti” mövzusunda tədbir keçirilib

    16 Fevral 2017 17:13