Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İsmayıllıda “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda maarifləndirici tədbir keçirilib


Fevralın 16-da Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İsmayıllı rayonu Basqal qəsəbə məscidi dini icmasının “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov, Basqal qəsəbə məscidi dini icmasının sədri Fariz Mövlamov, dini icma üzvləri, müəllimlər və gənclər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Fariz Mövlamov milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq gənclərin milli-vətənpərvərlik hisslərinin formalaşmasında bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev çıxış edərək milli-mənəvi dəyərlərimiz və ənənəvi dindarlığın əhəmiyyəti, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusilə də milli-mənəvi dəyərlərimizə sahib çıxmağın hər kəsin vətəndaşlıq borcu olması haqqında danışıb.
Daha sonra İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov çıxışında gənclərin milli-mənəvi və dini dəyərlər işığında tərbiyəsi, radikal təsirlərdən qorunması kimi mövzular haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt