Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qubada multikulturalizm mövzusunda tədbir keçirilib


Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Quba rayon II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icması fevralın 16-da  “Mədəni müxtəliflik: Multikulturalizmin və tolerantlığın Azərbaycan modeli” layihəsi çərçivəsində “Azərbaycanda multikulturalizmin tarixi” adlı tədbir keçirib.
II Nügədi kənd 2 saylı tam orta məktəbdə baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, məktəbin direktoru Əfqan Babaşov, II Nügədi kəndi “Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə, “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov və kənd ictimaiyyəti iştirak ediblər.
“Hacı Seyid Siracəddin” məscidi dini icmasının sədri Vəlibəy Salızadə qeyd edib ki,  dövlət tərəfindən dini icmalara göstərilən qayğı onların fəaliyyətini daha da intensivləşdirir, dini-maarifləndirmə işinin və milli-mənəvi dəyərlərin təbliği üçün geniş imkanlar yaradır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə geniş məruzə ilə çıxış edərək bildirib ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması dünyanın bir sıra dövlətlərinin marağına səbəb olub və bu, nümunə kimi götürülərək həmin dövlətlərdə də tətbiq olunmaqdadır.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxışında bildirib ki, Qubada multikultural mühit mövcuddur və əsrlər boyu müxtəlif xalq və millətlərin nümayəndələri birgə dost və mehribanlıq şəraitində yaşayıblar.
Quba rayonu II Nügədi kəndi 2 saylı tam orta məktəbin direktoru Əfqan Babaşov çıxışında dövlətin dini sahədə həyata keçirdiyi ideoloji işin müsbət təsirindən danışaraq yetişməkdə olan gənc nəslin maariflənərək radikalizm və digər mənfi təzahürlərdən uzaqlaşdığını bildirib.
“Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov çıxışında İslam dinində digər dinlərə və ayrı-ayrı xalqlara münasibətin tolerant tərəflərindən bəhs edərək bildirib ki, İslam dininin müqəddəs kitabı olan "Qurani-Kərim"də sülh və sabitlik əsas prinsiplərdəndir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt