Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ucarda “Milli - mənəvi dəyərlərimizi qoruyaq və nəsillərə çatdıraq” mövzusunda tədbir keçirilib

Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ucar rayonu Qazıqumlaq kənd 1 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizi qoruyaq və nəsillərə çatdıraq” mövzusuna həsr edilmiş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, məktəbin direktoru Rəhim Rəhimov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəhim Rəhimov vurğulayıb ki, dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin tətbiqi, təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir.
Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü deyib. Bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələrin mövcud olduğunu və  bu radikal qüvvələrin xüsusilə gəncləri öz sıralarına cəlb etməyə cəhd göstərdiklərini vurğulayıb. 
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf  Nəsirov tarix boyu formalaşan milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının, bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışaraq gənclərin də bu ruhda tərbiyə edildiyini bildirib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanan dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub, gənclərin iştirakı ilə film ətrafında müzakirələr aparılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ucarda “Milli - mənəvi dəyərlərimizi qoruyaq və nəsillərə çatdıraq” mövzusunda tədbir keçirilib

    16 Fevral 2017 16:31