Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Nizami rayonunda “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib


Fevralın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kimya-Biologiya təmayüllü Respublika Liseyində 2017-ci il “İslam Həmrəyliyi İli” çərçivəsində “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Amal Məlikov, Liseyin direktoru Kamran Rəhimov, Keşlə “Şah Abbas” qəsəbə məscidinin axundu Hacı Sirac Səfərov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov məktəblilərin dini radikalizm və ekstremizm barədə zəruri məlumatlara malik olmasının əhəmiyyətindən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov dini radikalizm və ekstremizmin zərərli təsirlərini, gənclərin onların fəsadlarından qorunmağı üçün ilk növbədə maariflənmələrinin vacib olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“Şah Abbas” qəsəbə məscidinin axundu Hacı Sirac Səfərov İslam dininin həmrəylik, dostluq və qardaşlıq dini kimi tolerant və multikultural dəyərlərin daşıyıcısı olduğunu bildirib.
Liseyin direktoru K.Rəhimov öz çıxışında dini radikalizm və ekstremizmlə bağlı maarifləndirmə tədbirlərinin aktuallığını qeyd edib.
Tədbirin sonunda “Fitnə” sənədli filmi nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


 
    

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt