Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qaradağda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib


Fevralın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qaradağ rayonu, Sahil qəsəbəsi 16 saylı Peşə Liseyində “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ RİH baçşısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qaradağ Rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov, liseyin direktoru Əbülfət Qarayev, müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov dini radikalizmə qarşı effektiv mübarizə metodu kimi dini maarifləndirmə işinin əhəmiyyəti haqqında söhbət açıb.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, ölkəmizdə dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində genişmiqyaslı və çoxşaxəli fəaliyyət həyata keçirilməkdədir. Azərbaycan beynəlxalq müstəvidə də İslam həmrəyliyinin müdafiəçisi kimi humanist mövqe nümayiş etdirir.
Daha sonra çıxış edən DTX-nın Qaradağ Rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov dini ekstremizm və radikalizmlə hüquqi-inzibati istiqamətdə aparılan mübarizə, eləcə də həyata keçirilmiş təhlillərin nəticələri haqqında dinləyiciləri məlumatlandırıb.
Tədbirdə şagirdlərin sualları cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt