Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Bərdədə “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib


Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə şəhər “İmamzadə” məscidi dini icması tərəfindən fevralın 15-də “Tolerantlıq ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin  müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Rahib İbrahimov, Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, dindarlar, dini icmaların nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbiri DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin  müdiri Natiq Əfəndiyev açaraq xalqımızın zəngin milli-mənəvi dəyərlərindən söhbət açıb, həmin dəyərlərin xüsusilə gənclər arasında təbliğinin əhəmiyyətini vurğulayıb. N. Əfəndiyev həmçinin tədbir iştirakçılarına DQİDK-nın bu istiqamətdə həyata keçirdiyi maariflərdirmə tədbirləri barədə məlumat verib.
Sonra Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov və başqaları mövzu barədə çıxışlar ediblər.  
Çıxış edən natiqlər Azərbaycanda mövcud olan dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsindən, dövlətin bu sahəyə göstərdiyi qayğıdan bəhs edib, hər kəsin, xüsusilə gənclərin radikal təsirlərə məruz qalmaması üçün xalqımızın tarixən formalaşmış və bugünümüzə kimi gəlib çatmış milli-mənəvi dəyərlərimizin təbliğinin artırılmasının vacibliyini qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt