Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu öz işinə başlamışdır

 Bakı. 19-21 dekabr 2012-ci
 
Bu gün Marriot-Abşeron otelinin böyük konfrans zalında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların birgə təşkilatçılığı ilə keçirilən “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu öz işinə başlamışdır.
 
Beynəlxalq Forumun xarici ölkələrdən dəvət olunmuş iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftomoloq alim Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanında vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidləri ziyarət etmişlər.
 
I Beynəlxalq Bakı Forumunun açılış mərasimi Azərbaycan himninin səsləndirilməsi və “Azərbaycan – mənəvi ənənələr və tolerantlıq” adlı qısa filmin nümayişi ilə başlamışdır. Daha sonra tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik müraciəti oxunmuşdur. Təbriki Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov təqdim etmişdir.
 
Beynəlxalq Forumda açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov xarici qonaqları və Forum iştirakçılarını salamlamış, dəvəti qəbul edərək gəldikləri üçün onlara təşəkkürünü bildirmişdir. E. İskəndərov ölkəmizdə ilk dəfə keçirilən tədbirə 10-dan artıq ölkədən 30-dan çox xarici qonaqların qatıldığı barədə məlumat verən Dövlət Komitəsinin sədri tədbirin əhəmiyyətindən danışaraq vurğulamışdır ki, müasir dünyada gedən proseslərin fonunda bu cür qarşılıqlı anlaşma və tolerantlıq mühitinin formalaşdırılmasının xüsusi rolu var. E. İskəndərov Azərbaycanda olan dinlərarası əlaqələrin tolerantlığın ötəsində olduğunu vurğulamış, qeyd etmişdir ki, bu əsrlərdən bəri formalaşan köklü bir ənənədir. Dövlət Komitəsinin sədri onu da əlavə etmişdir ki, hazırda Azərbaycanda dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Bu, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsidir.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirmişdir ki, belə mühüm əhəmiyyətli bir Forumun məhz Azərbaycanda keçirilməsi səbəbi ölkəmizdə mövcud tolerant durumdur. Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələrinin öz dini ayinlərini azad şəkildə icra etdiyini diqqətə çatdıran Allahşükür Paşazadə bunu nümunəvi tolerantlıq modeli olaraq qeyd etmişdir.
 
Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görməz dünya ölkələrində mövcud olan qeyri-tolerant yanaşmaların Azərbaycanda olmamasından məmnunluğunu ifadə etmiş, bildirilmişdir ki, Azərbaycanda olan tolerant mühit hazırda dünya ölkələrinin əksəriyyətində mövcud deyildir. Bu isə Azərbaycanın dini, milli və irqi ayrı-seçkilik məsələlərinə nə dərəcədə həssas yanaşmasının nümunəsidir.    
Açılış mərasimində çıxış edən İran İslam Respublikası Prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Mohəmməd Baqir Xürrəmşad, Küveyt Dövlətinin Vəqflər və İslam İşləri nazirinin müavini Adel Abdullah əl-Fəlah, Misir Ərəb Respublikasının Vəqflər nazirinin müavini Camal Abdul Səttar Məhəmməd, Dağıstan Respublikasının Milli siyasət, din və xarici əlaqələr naziri Bekmurza Bekmurzayev, BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Antonius Broek Forumun əhəmiyyətindən danışmışlar. Qeyd edilmişdir ki, müasir dövrdə dövlət qurumları ilə dini təsisatlar arasında mövcud əlaqələrin inkişaf perspektivlərinə həsr olunmuş Forum dövlət-din münasibətlərinin tənzimlənməsində və dini tolerantlığın gücləndirilməsində beynəlxalq təcrübənin bölüşdürülməsi istiqamətində atılmış mühüm addımlardandır.
 
Konfransın açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının və İSESCO-nun Baş Katibinin təbrik məktubları oxunmuş, Dövlət Komitəsi ilə BMT-nin İnkişaf Proqramı arasında tolerantlığın inkişafı, Azərbaycan təcrübəsinin yayılması istiqamətində əməkdaşlıq haqqında ikitərəfli sənədlər imzalanmış və xatirə fotosu çəkilmişdir.
 
Qeyd edək ki, iki gün davam edəcək Beynəlxalq ForumdaTolerantlıq: konsepsiya və ictimai baxış”, “Dövlət-din münasibətlərində müasir meyllər”, “Milli və dini kimliyin vəhdəti: dövlət-din münasibətlərinin Azərbaycan modeli”, “Tolerantlıq və ifadə azadlığı”, “Universal Dialoq axtarışında” adlı 5 plenar iclas keçiriləcək. Beynəlxalq Forum çərçivəsində qonaqlar İçərişəhərdə dini-mədəni abidələrlə tanış olacaq, “Tolerantlıq ünvanı - Azərbaycan” adlı fotosərgidə iştirak edəcəklər. Forumun sonunda “Bakı Platforması” qəbul ediləcəkdir.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu öz işinə başlamışdır

    19 Dekabr 2012 10:30