Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Mübariz Qurbanlı: “Azərbaycan hər bir İslam ölkəsi ilə dostyana münasibətlərə malikdir”

“İlk öncə qeyd edim ki, “Multikulturalizm ili” çox uğurla başa çatdı. Prezident İlham Əliyev 2017-ci ili də “İslam Həmrəyliyi ili” elan etdi. Dövlət başçısının qəbul etdiyi qərarlar zamanın çağırışlarını özündə ehtiva edir. Yəni bir növ Prezidentimiz zamanı qabaqlayan lider kimi bu və ya digər qərarları qəbul edəndə biz sonradan həmin qərarların nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha görürük. Məsələn, ölkə rəhbəri 2016-cı ili “Multikulturalizm ili” elan edəndə hələ o dövrdə özünün çıxışında da qeyd etdi ki, nə miqrant, nə də digər problemlər var idi”. Bunu SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədrinin sözlərinə görə, həyat göstərdi ki, doğrudan da multikulturalizmin və multikultural dəyərlərin bütün dünyada bərqərar olunması olduqca vacibdir: “İndiki şəraitdə də “İslam Həmrəyliyi ili”nin elan olunması hesab edirik ki, vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən bir addımdır. Bu gün İslam dünyası beynəlxalq aləmdə özünəməxsus yer tutur. İslam ölkələri İslam Əməkdaşlıq Təşkilatında (İƏT) birləşirlər. Biz statistikaya nəzər salsaq, bu gün dünya əhalisinin təqribən 22 faizi İslam dünyasına məxsusdur. Eyni zamanda bu, 2050-ci illərdə 30 faizə yaxınlaşacaq. Yəni islam faktoru dünya siyasətində çox ciddi rol oynayır. Azərbaycan İslam dünyasının bir parçasıdır. Azərbaycanın özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, ölkəmiz İslam dünyasında, İslam ölkələrində müxtəlif məsələlərlə əlaqədar İslam dövlətləri arasındakı bu və ya digər problemlərdə münsif rolunu oynaya bilir. Biz bilirik ki, İslam dünyasında bəzi məsələlərlə əlaqədar ziddiyətlər, fikir ayrılıqları var, ayrı-ayrı İslam ölkələri arasında da qarşıdurmalar var. Bunlar bəzən təriqət, məzhəb formasında özünü büruzə verir”.M.Qurbanlı qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan hər bir İslam ölkəsi ilə eyni səviyyədə xoş və dostyana münasibətlərə malikdir: “Ona görə də Azərbaycan bir növ İslam dünyasında da barışdırıcı bir məkan rolunu oynaya bilər və oynamaqdadır. Bilirsiniz ki, İslam dünyasında məzhəb qarşıdurması, müxtəlif məsələlərlə əlaqədar dini baxımdan fikir ayrılıqları yaradaraq onları bir-birinə qarşı qoymaq istiqamətində hələ əvvəllərdən cəhdlər edilib. Bu cəhdlər bəzən mənfi mənada öz nəticəsini verib. Biz görmüşük ki, İslam ölkələri müxtəlif məzhəblər və ya təriqətlər baxımından qarşıdurmaya məruz qalıblar, müharibələr ediblər və s. Əlbəttə ki, bu əvvəlki tarixi dövrlərə aid olan bir məsələdir. İndiki dünyamızda da biz İslam ölkələrində həmrəylik, birliklə əlaqədar problemləri görməkdəyik ki, burada da yenə din amilindən sui-istifadə edilməkdədir. Din amilindən sui-istifadənin qarşısını almaq üçün əlbəttə ki, müxtəlif məzhəblərin bir araya gəlməsi, məsələləri açıq şəkildə müzakirə etməsi olduqca vacibdir”.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Mübariz Qurbanlı: “Azərbaycan hər bir İslam ölkəsi ilə dostyana münasibətlərə malikdir”

    12 Yanvar 2017 13:13