Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Maarifləndirmə tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərancama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında yanvarın 11-də Tərtər şəhər “Cümə” məscidi dini icması Tərtər şəhər Qapanlı kənd tam orta məktəbində "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər şəhər Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, Tərtər şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, Rusiya Federasiyası Saxalin vilayətində Azərbaycan diasporunun sədri Nazir Hətəmov, məktəb müəllimləri, şagirdlər, icma üzvləri və dindarlar iştirak ediblər.
Tədbirdə çıxış edən Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov məruzəsində rayondakı sabit dini durumdan və dövlətin dinə qayğısından bəhs edib. Tədbirdə iştirak edən digər məruzəçilər dini ekstremizm və radikalizmin cəmiyyətdə törətdiyi fəsadlar, eləcə də dini radikalizmə qarşı mübarizə metodlarından danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Maarifləndirmə tədbirləri davam etdirilir

    11 Yanvar 2017 16:30