Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İsmayıllıda “Tolerantlıq milli kimliklə vəhdət” adlı maarifləndirici tədbir baş tutub


Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İsmayıllı rayonu Basqal qəsəbə məscidi dini icmasının “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “Tolerantlıq milli kimliklə vəhdət” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruz Əsədov, Basqal qəsəbə tam orta məktəbinin direktoru Ağasəfər Qafarov, dini icmanın sədri Fariz Mövlamov, dini icma üzvləri, müəllimlər və gənclər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İsmayıllı RİH başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruz Əsədov dinə dövlət qayğısından söhbət açaraq Basqal qəsəbə məscidi dini icmasına göstərilən diqqət üçün minnətdarlığını bildirib və maarifləndirmə tədbirlərinin qəsəbə sakinlərinin, xüsusilə də gənclərin dini dünyagörüşlərinin formalaşmasındakı əhəmiyyətindən danışıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev öz çıxışında bildirib ki, Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi və dini dəyərlərin, tolerantlıq siyasətimizin təbliği və daha da möhkəmləndirilməsi, bu mühitin qorunub saxlanılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
Daha sonra Basqal qəsəbə tam orta məktəbinin direktoru Ağasəfər Qafarov, dini icmanın sədri Fariz Mövlamov çıxış edərək Azərbaycanda tolerantlıq və multikulturalizm sahəsində həyata keçirilən siyasətin dünya dövlətlərinə nümunə olduğunu vurğulayıblar.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt