Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Müasir dövrdə İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib


Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə şəhər “İmamzadə” məscidi dini icması tərəfindən yanvarın 11-də  “Tolerantlıq ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Müasir dövrdə İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin  müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları Rahib İbrahimov və Fuad Şirinov, Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi  Anar Şahbazov, dindarlar, dini icmaların nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev açaraq dini radikalizm və ekstremizmə qarşı mübarizə üsullarından, ekstremizmin fəsadlarından, eləcə də bu sahədə mövcud qanunvericilikdən bəhs edib.
Şöbənin baş məsləhətçisi Rahib İbrahimov çıxışında Azərbaycanda mövcud tolerant dəyərlərin inkişafından, dünyaya nümunə olmasından, gəncləri dini radikalizm və ekstremizmin təsirlərindən qorumağın vacibliyindən danışıb.
Tədbirdə “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, Bərdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi  Anar Şahbazov, “Uğurbəyli” kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev mövzu barədə çıxış ediblər.  
Çıxış edən natiqlər ölkəmizdə mövcud tolerant mühitdən danışaraq dövlətin bu sahədə yürütdüyü uğurlu siyasətdən, tolerant və multikultural dəyərlərin Azərbaycanda tarixən mövcud olmasından, bu dəyərlərin daha da inkişaf etdirilməsi və təbliğinin vacibliyindən, dini radikalizmin zərərlərindən bəhs ediblər.
Tədbirin sonunda DQİDK tərəfindən çap edilmiş kitablar iştirakçılara paylanılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt