Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Dövlət müşaviri: "Azərbaycan Prezidentinin “Multikulturalizm ili” ilə bağlı dünyaya ötürdüyü siyasi, mənəvi çağırış ünvanına çatdı"

Azərbaycan Prezidentinin "Multikulturalizm ili" ilə bağlı dünyaya ötürdüyü siyasi, mənəvi çağırış ünvanına çatdı.
Bunu bu gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib.
K.Abdullayev bildirib ki, Azərbaycan Prezidenti müdrik siyasi iradə ilə 2016-cı il "Multikulturalizm ili" elan etdikdən sonra il ərzində insanlarımız nəinki öz daxilinə nəzər saldı, həmçinin öz keçmişinə diqqət yetirdi, dünyada hökm sürən dəyərləri saf-çürük etdi və bir daha əmin oldu ki, vaxtilə multikulturalizm siyasi xəttinin sistemliliyini təmin edən Ulu Öndər uzaqgörənliyi ilə Azərbaycanın uğurlu gələcəyi üçün çox möhtəşəm, işıqlı bir siyasi platforma qurub:
"Beləcə özü olmayan ulduzların işığı onların sevdiklərinin və onları sevənlərin qəlbinə, ruhuna, o ulduzlar göy üzündə artıq cismən olmasalar da, gəlib çatır. Zati-aliləri, il ərzində az iş görülmədi. Desəm ki, bunları çətinliklər hesabına etdik, həqiqətə uyğun olmaz. Hansı ölkədə, hansı məkanda olduqsa, Azərbaycan multikulturalizmi barədə, Azərbaycan həqiqətləri haqqında söhbət açarkən o söhbətin, o ünsiyyətin əsasının artıq qoyulmuş olduğunu gördük və həyata keçirmək istədiyimiz işlər münbit zəmində cücərməyə başladı. Bu münbit zəmini Siz dünya siyasi proseslərindəki əməli fəaliyyətinizlə yaratmışdınız. Bu zəmini Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyeva xarici ölkələrdə həyata keçirdiyi, bəşəri dəyərlərə verdiyi töhfələrlə yaratmışdı. Bu münbit zəmini qəlbində öz Prezidentinə inam və sədaqət, dinindən və millətindən asılı olmayan Azərbaycan insanı yaratmışdı".
K.Abdullayev vurğulayıb ki, bu gün dünyada multikulturalizm siyasəti ilə bağlı iki qütbün formalaşmasını görməmək mümkün deyil:
"Birinci qütbü bədbin qütb adlandıra bilərik. Onu 2011-ci ildə Böyük Britaniyanın sabiq Baş naziri Devid Kemeron formalaşdırdı və bütün dünyaya bəyan etdi ki, Avropada multikulturalizm siyasəti müxtəlif mədəniyyətlərin bir-biri ilə inteqrasiya olmaqdan imtina etməsi səbəbindən iflasa uğradı. Bu, həqiqətən, bədbin nəticə idi və zamanın göstərdiyi kimi, həm də qorxulu sonuclara - qarşıdurmalara, kataklizmlərə, fəlakətlərə gətirib çıxardı. Digər qütbü isə nikbin qütb adlandıra bilərik və bunun təntənəsini bu gün biz Azərbaycanda görürük. Əlbəttə ki, nikbin qütbün beynəlxalq aləmdə əsl siyasi memarı Sizsiniz - bunu təkcə biz demirik, bunu dünyanın qabaqcıl, insanpərvər, sülhməramlı, qaralı-ağlı, müxtəlif dinə və məzhəbə qulluq edən, müxtəlif millətlərə mənsub olan, özünü bəşər övladı sayan yüz minlərlə, milyonlarla daxilən azad, ruhən böyük, qəlbən geniş insanlar deyir. Bunu artıq ənənəyə dönmüş Beynəlxalq Humanitar Forumun üzvləri söyləyir. Bunu mədəniyyətlərarası dialoqun müəllifi olduğunuz Bakı Prosesinin iştirakçıları deyir. Bunu onlarla xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" dərsinin gənc dinləyiciləri və müəllimləri bəyan edir. Bunu sizin titanik zəhmətinizin qədrini yaxşı bilən ən sadə azərbaycanlılar dilə gətirir.
"Multikulturalizm ili" elan edilərkən ölkə Prezidenti tərəfindən dəqiq siyasi və ideoloji hədəflər göstərilmişdi. Azərbaycan müxtəlifliklərdən qaynaqlanmış möhtəşəm eyniliyi ilə bu siyasi-ideoloji-mənəvi hədəflərə doğru irəlilədi. Cəmiyyətin, hökumətin bütün zümrələri, qurumları, institutları həmahəng, bir-birini tamamlayan addımlar atdılar. Əslində, bütün Azərbaycan bir möhtəşəm addım atdı və bütün dünya bir daha inandı ki, xalqla Prezidenti təkcə siyasi amillər deyil, yüksək mənəvi, insani amillər birləşdirir. "Multikulturalizm ili" bu birliyin yeni rakursdan daha bir təzahürünə çevrildi. Eyni zamanda, bu il Azərbaycan liderinin bəşəri dəyərlərə münasibətini bir daha sərgilədi, onun siyasi xadim kimi qəlbini bir daha bütün genişliyi ilə dünyaya açdı, onun öz xalqının, onun tarixinin, ədəbiyyatının, dilinin, mədəniyyətinin vurğunu olduğunu hər kəsə göstərdi. Azərbaycanda yaşayan hər bir millətin, dinin nümayəndəsinə özününkü qədər hörmət və ehtiramını bir daha sübut etdi".
Dövlət müşaviri qeyd edib ki, Prezidentin bu münasibətinin ölkə daxilindəki bütün konfessiya və millətlərə bərabər şəkildə paylanmasının xüsusi əhəmiyyəti var: "Məhz belə bir siyasi xətt ölkənin multikultural təhlükəsizliyini təmin edir və ölkədaxili əmin-amanlığın, ölkə xaricində isə özünəinamın təməlini möhkəmlədir. Multikulturalizm siyasətinin bariz təzahürü həm də multikultural təhlükəsizliyin qorunmasına yönəlmiş belə bir Prezident iradəsidir desək, heç də səhv etmərik. Rəqəm və faktların dilinə keçsək, ilk növbədə, onu qeyd etməliyəm ki, "Multikulturalizm ili" ilə əlaqədar 2016-cı il martın 11-də imzalanmış geniş, çoxşaxəli tədbirlər planı tam olaraq həyata keçdi. Bu tədbirlər planında ölkədə və xaricdə elmi-metodoloji konfransların, "dəyirmi masa"ların, seminarların, festivalların, konsertlərin, tamaşaların, sərgilərin, müsabiqələrin, yay və qış multikulturalizm məktəblərinin keçirilməsi, "Azərbaycan multikulturalizmi" fənninin proqramının yaradılması və dərsliyinin hazırlanması, müxtəlif xarici və ölkə universitetlərində bu fənnin tədrisi, multikulturalizmin nəzəri-praktiki məsələlərinə, tarixi və müasir aspektlərinə həsr olunmuş məqalə və monoqrafiyaların nəşri, xaricdə və ölkədə Azərbaycan multikulturalizminin dayaq nöqtələrinin yaranması və bir sıra başqa məsələlər öz əksini tapmışdı".
Onun sözlərinə görə, beləliklə, çoxşaxəli multikulturalizm hərəkatı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının daha bir effektli yolunu müəyyənləşdirdi: "Xüsusilə, İsveçdə, İngiltərədə, Almaniyada, İtaliyada, Fransada, Rusiyada Qafqaz Müsəlmanları İdarəsi sədrinin rus pravoslav kilsəsinin rəhbərliyinin, katoliklərin nümayəndələrinin, udinlərin dini rəhbərlərinin, dağ və Avropa yəhudilərinin rəhbərlərinin və digər dini, milli icmaların üzvlərinin yerli konfessiya və dövlət xadimləri ilə faydalı görüşlərini qeyd edə bilərəm. Ölkə daxilində AMEA institutlarında, universitetlərdə, məktəblərdə (xüsusilə, Nardaran qəsəbəsində və müxtəlif bölgələrdə) keçirilən "dəyirmi masa"lar, seminarlar cəmiyyətin ən müxtəlif təbəqələrinin ürəkdolusu fikir və ideya bölüşdüyü məkanlara çevrildi.
Sizin yaratdığınız Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin də fəaliyyəti, düşünürəm ki, məqsədyönlü oldu. Bu Mərkəz ilin əvvəlindən bu günə qədər 15 xarici ölkədə - Portuqaliyada, İtaliyada, Almaniyada, Rusiyada, Gürcüstanda, İndoneziyada, Litvada, Polşada, Çexiyada, Bolqarıstanda, İsveçrədə və başqalarında, həmçinin 36 Azərbaycan universitetində "Azərbaycan multikulturalizmi" adlı fənnin tədrisini həyata keçirdi. Onu da qeyd eləmək istərdim ki, əgər əvvəllər biz xarici universitetləri belə bir fənnin tədrisinin vacibliyini inandırmağa çalışırdıqsa, bu gün bizə həm artıq əlaqə qurduğumuz universitetlərdən, həm də tamamilə yeni universitetlərdən təkliflər gəlir. Azərbaycanı öyrənmək, onunla əlaqə yaratmaq istəyən xarici tədris ocaqlarının sayı semestrdən-semestrə artır. Bu, o deməkdir ki, həmin ölkələrin gənclərini ölkəmizə bağlayan xətlər möhkəmlənir. Həmin universitetlərin tələbələri Azərbaycan multikulturalizmini öyrənirlərsə, buna xüsusi həvəsləri varsa, deməli, Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, etnoqrafiyasını, müasir siyasi-ictimai həyatını, Azərbaycan həqiqətlərini öyrənirlər. Əsas məqsəd bu tələbələrin Azərbaycana olan maraqlarını Azərbaycana olan sevgiyə çevirməkdir. Lakin biz bununla işimizi bitmiş hesab etmirik. Bilavasitə Sizin tövsiyənizlə həmin xarici tələbələr Azərbaycanla bağlı nəzəri biliklərə yiyələndikdən sonra biz onları ildə iki dəfə - yayda və qışda Azərbaycana, yay və qış multikulturalizm məktəblərinə dəvət edirik. Onlar vətənimizin müxtəlif bölgələrində olub Azərbaycan həqiqətlərini öz gözləri ilə yerindəcə görürlər. Bu multikulturalizm məktəblərini maraqlı edən həm də odur ki, bir sıra Azərbaycan universitetlərinin tələbələri də bu tədbirdə iştirak edirlər. Eyni zamanda, onların qonaq olduqları İsmayıllı, Qusar, Qəbələ, Xaçmaz, Zaqatala, Oğuz, Şəki, Bakı gəncləri də prosesdən kənarda qalmırlar. Onlar üçün xüsusi proqramlar hazırlanır, dərslərə həm ölkəmizdən, həm də xaricdən müəllimlər, mədəniyyət, elm, siyasət xadimləri dəvət edilir. Belə şəraitdə yaranmış dostluqlar bu gün də davam edir. Gənclər görür və inanırlar ki, Ulu Öndərin dediyi kimi, Azərbaycanın güc qaynağı onda yaşayan xalqların gücündən yaranır. Onlar əsrlərboyu zülmə baş əyməyən, nəhayət, məhrumiyyətlər hesabına öz əbədi azadlığına qovuşan, müstəqilliyini əldə edən qürurlu bir xalqın müxtəlif adət-ənənələri ilə yaxından tanış olurlar və həqiqətən də onların əvvəlki, hətta bəzi halda soyuq marağı coşqun sevgi ilə əvəz olunur. Elə bunun üçün də bizim onlarla əlaqəmiz sistemli bir fəaliyyət perspektivini nəzərdə tutur. Gələcəkdə universitet fəaliyyətindən sonra da bu gənclər Azərbaycanın dostları kimi bizim yanımızda olacaqlar, biz bunun üçün konkret proqram-layihələr hazırlayırıq. Bircə onu demək yetərli sayıla bilər ki, son yay məktəbində xarici universitet gəncləri Azərbaycanın gənc dostları klubunu yaratdılar - onun həmsədrləri litvalı tələbə ilə yunanıstanlı tələbə oldu. Bu rəsmi klubun artıq saytı fəaliyyət göstərir. Klubun 200-ə yaxın üzvü var. Ən vacibi odur ki, Azərbaycana qarşı hər hansı ədalətsiz hücum olursa, Azərbaycanı ürəkdən sevən bu gənclər hamıdan əvvəl haqsızlığa cavab verirlər. Bu gün Azərbaycanın qədirbilən gənc dostları Azərbaycanı bizdən əvvəl qorumağa hazırdırlar. Azərbaycan Prezidentinin göstərdiyi konkret siyasi-ideoloji hədəfin çox vacib bir nəticəsi də budur".
K.Abdullayev əlavə edib ki, 2016-cı ildə nəşr sahəsində də xeyli iş görüldü. Qəzet və sayt səhifələrində, ayrı-ayrı kitablarda, jurnal və toplularda multikulturalizm həm elmi-nəzəri, həm tarixi, həm mədəni, həm bölgələr üzrə, həm də müasir siyasi-ictimai baxımdan sərf-nəzər edildi. BBMM tərəfindən "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" adlı son dərəcə əhəmiyyətli kitab çap olundu. On əsrlik Azərbaycan ədəbiyyatı tarixində ən müxtəlif klassik şair və yazıçılarımızın müxtəlif əsərlərində, dastan və nağıllarımızda başqa dinin, başqa millətin nümayəndə və rəhbərlərinə hörmət dolu münasibət, sevgi və ehtiram sərgiləndiyi bu kitab artıq rus və ingilis dillərinə tərcümə edilib:
"2016-cı ildə Sizin xeyir-duanızla "Multikulturalizm" adlı rüblük jurnalın nəşrinə də başlanıldı. Jurnal Azərbaycan multikultural dəyərlərinin dünyada, dünya təcrübəsinin isə Azərbaycanda yayılmasını nəzərdə tutur. Eyni zamanda, ümid edirəm ki, bu jurnal vasitəsilə Azərbaycan multikultural əhvalının energiyasının dünyaya yayılması prosesi gələn illərdə də davam edəcək. Ötən il BBMM-in xaricdə filiallarının yaranmasının və artıq ilk addımlarını atmasının da şahidi olduq. Bu gün Mərkəzin Drezden, Lissabon, Roma, Yekaterinburq, Moskva, İsrail, Moldova, Sofiya filialları öz ətrafına ölkələrinin tanınmış mütəxəssislərini toplamaqda və Azərbaycanla əlaqələrini bu perspektiv xətt üzrə möhkəmlətməkdədirlər. Azərbaycanın bir sıra şəhər və bölgələrindəki qurumlarında yaddaqalan proqram xarakterli tədbirlər keçirildi. Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu, AMEA, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, ictimai və dövlət təşkilatları, televiziya komitələri, yaradıcı təşkilatlar, qəzetlər, saytlar - hər biri "Multikulturalizm ili"nə öz töhfəsini verdi. Cəsarətlə demək olar ki, Azərbaycan Prezidentinin "Multikulturalizm ili" ilə bağlı həm ölkəyə, həm də dünyaya ötürdüyü siyasi, mənəvi çağırış ünvanına çatdı. Ən ucqar Azərbaycan kəndində də, məscid, kilsə, sinaqoqlarda da xalqımızın bu möhtəşəm dəyəri müzakirə obyektinə çevrildi. Ən müxtəlif bölgələrdə insanlarımız bu istiqamətdəki siyasi dəstəyi yüksək qiymətləndirdilər. Ən müxtəlif ölkələrdən - Amerikadan, İngiltərədən, Fransadan, Almaniyadan, İspaniyadan, İtaliyadan, Portuqaliyadan, Rusiyadan, Türkiyədən, İsraildən, Misirdən, Gürcüstandan, İndoneziyadan, Çexiyadan, Polşadan və başqa ölkələrdən multikulturalizm xətti ilə gələn qonaqlarımız Azərbaycan multikultural siyasətindən ağızdolusu heyranlıqla bəhs etdilər, öz ölkələrində də belə siyasi kursun vacibliyini önə çəkdilər, multikulturalizmin Azərbaycan modelinin öz ölkələrində coşqun təbliğatçılarına çevrildilər.
Bir daha çıxışımın əvvəlinə qayıtmaq istərdim. Bir il əvvəl böyük siyasi müdrikliklə mənəvi dəyərlərimizin yaşamasına, xalqın, millətin, dövlətin adının uca tutulmasına şərait yaradan Azərbaycan Prezidenti intəhasız uzaqları gördü. Nəticədə xalqımıza, ölkəmizə siyasi, mənəvi faydalar gətirən mətləblərin üzə çıxmasına real şərait yaratdı. Biz, heç şübhə etmirik ki, bu gün də yeni hədəflərin, yeni idealların astanasındayıq. 2016-cı il artıq geridə qaldı, "Multikulturalizm ili" təqvim ili olaraq sona çatdı. Amma biz inanırıq ki, təqvim illəri xalqın canında, ruhunda yaşayan zəngin potensialın ifadəsi üçün maneə ola bilməz. Multikultural əhval - başqasına şəfqət, mərhəmət, ehtiram, özünü özgədən ayırmamaq dünya xalqlarının ulu mənəvi dəyərlər xəzinəsinə bizim verə biləcəyimiz, əcdadlarımızın qanı ilə qanımıza keçən mənəvi saflıq, ləyaqət, şərəf hissləridir. Azərbaycan xalqı onları xüsusi bir coşqunluqla yenə də qoruyub yaşadacaq".
Onun sözlərinə görə, bu gün bütün dünya görür ki, Azərbaycan necə dəyişir: "Bu gün təkcə Bakı, onun mənzərəsi deyil, ölkəmizin bütün şəhərləri, kəndləri, küçələri, meydanları, tikililəri, yolları dəyişir. Amma dəyişən təkcə bunlar deyil, bununla yanaşı, Azərbaycan insanı dəyişir, mənən, daxilən, ruhən dəyişir. Bu insan ictimai mənafeyi hər şeydən uca tutmağa başlayır. Bu insan bayrağına, dövlətinə, himninə, Prezidentinə məhəbbətini, böyük və zəngin keçmişinə sədaqətini artıq böyük bir şərəf və ləyaqətlə özündə yaşadır. Bu insan həm öz xalqını, həm də dünya xalqlarını sonsuz bir məhəbbətlə sevir. Həm milli, həm də bəşəri dəyərlərin keşiyində durur. Bunu görməmək, görməzliyə vurmaq artıq mümkün deyil. 2016-cı ilin Azərbaycanda baş vermiş multikultural təntənəsi bunu bir daha sübut etdi". 

AZƏRTAC

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Dövlət müşaviri: "Azərbaycan Prezidentinin “Multikulturalizm ili” ilə bağlı dünyaya ötürdüyü siyasi, mənəvi çağırış ünvanına çatdı"

    11 Yanvar 2017 09:48