Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Səbail rayonu  İçərişəhər “Cümə” məscidi dini icması tərəfindən “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Səbail rayonu  İçərişəhər “Cümə” məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev və baş məsləhətçisi Samir Yoldaşov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev, İçərişəhər “Cümə” məscidinin axundu və  dini icmasının sədri Surxay Məmmədli, Qarabağ Seyid Ocaqları Birliyinin sədri Seyid Camal Əzimbəyli, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin və dini maarifləndirmə işinin yüksək səviyyədə olduğunu dinləyicilərin diqqətinə çatdırıb. Milli kimliyimizin tərkib hissəsi kimi dini dəyərlərin qorunmasının müstəsna əhəmiyyətini qeyd edən C.Əliyev gənclərlə bu istiqamətdə mütəmadi fikir mübadiləsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən QMİ-nin sədr müavini Fuad Nurullayev həyata keçirilən layihələrin dini mühitdə müsbət meyillər yaratdığını bildirib.
İçərişəhər “Cümə” məscidinin axundu və dini icmasının sədri Surxay Məmmədli məsciddə həyata keçirilən layihəyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Maarifləndirmə tədbirində çıxış edən Qarabağ Seyid Ocaqları Birliyinin sədri Seyid Camal Əzimbəyli və tarixçi-araşdırmaçı Yusif Məmmədli mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

    10 Yanvar 2017 12:46