Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Elşad İskəndərov ABŞ-da görüşlər keçirəcək

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Dövlət Departamenti tərəfindən həyata keçirilən Beynəlxalq Ziyarətçi Proqramı - təcrübə mübadiləsi çərçivəsində ABŞ-da səfərdədir. Proqram çərçivəsində Vaşinqtonda Dövlət Departamentində, Konqresdə, ABŞ İslam Əməkdaşlıq Təşkilatının xüsusi nümayəndəsi ilə, həmçinin ABŞ-ın beyin mərkəzlərində və dini icmalarında görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Proqramın əsas məqsədi ABŞ-a qısa müddətli səfər çərçivəsində əməkdaşlıq edilən ölkələrin hökümət nümayəndələrini dəvət edərək, ABŞ-ın hökümət və ictimai qurumlarında görüşlərin təşkil edilməsi vasitəsi ilə, bu ölkənin din sahəsində təcrübəsilə bilavasitə tanış etmək və Amerikadakı həmkarları ilə əməkdaşlıq münasibətlərinin qurulmasına kömək göstərməkdir.
Səfəri şərh edərkən Dövlət Komitəsinin sədri bildirmişdir ki, Azerbaycanın bu proqramda istirakı sözügedən sahədə də iki ölkə arasında əməkdaşlığın mövcudluğunu sübut edir və səfərin əsas məqsədi yaranmış əməkdaşlıq imkanlarının artırılması potensialını müzakirə etməkdir. Bundan başqa, dini zəmində ekstremizimlə mübarizədə birgə əməkdaşlıq, Azərbaycanın dinlərarası tolerantlıq modeli, Azərbaycanın işğal edilmiş ərazilərində dini abidələrin vəziyyəti görüşlərin mövzuları sırasındadır.
Qeyd edək ki, dekabrın 5-də ABŞ-ın tanınmış Jamestoun fondunda təşkil olunmuş seminarda E.İskəndərov baş məruzəçi qismində “Azərbaycanda müxtəlif dinlər arasında qarşılıqlı hörmət və dialoq” mövzusunda çıxış edəcəkdir.
Xatırladaq ki, bir neçə ay öncə yayımlanan ABŞ Dövlət Departamentinin "Dünyada dini azadlıq haqqında" illik məruzəsində Azərbayacanda etiqad azadlığının pozulması haqqında fikirləri şərh edərkən Komitə sədri bunların ABŞ-ın məlumat mənbələrinin birtərəfli olması ilə əsaslandırmış və bu sahədə amerikalı həmkarları ilə işlərin aparılacağını qeyd etmişdir.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Elşad İskəndərov ABŞ-da görüşlər keçirəcək

    04 Dekabr 2012 14:22